İslandiya şirkəti Azərbaycanın maliyyə bazarına buraxılmadı
Vergilər Nazirliyi İslandiyanın “Creditinfo” şirkətinin iştirakı ilə yaradılmalı olan ölkənin ilk kredit bürosunu dövlət qeydiyyatına almaqdan imtina edib.
Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Xatırladaq ki, “Creditinfo-Azerbaijan” adlı şirkətin 4,6 milyon manat (təxminən 2,3 milyon avro) məbləğində nizamnamə kapitalı ilə fəaliyyətə başlaması nəzərdə tutulurdu. Bu məbləğin 51%-ni İslandiya tərəfi, 49%-ni isə Azərbaycanın 19 bankı, "TBC Kredit" bank olmayan kredit təşkilatı və "PAŞA Sığorta" şirkəti təmin etməli idi.
Mənbənin məlumatına görə, nazirlik qeydiyyatdan imtinaya rəsmi səbəb kimi təsis sənədlərində olan çatışmazlıqları göstərib. Qeydiyyat məsələsi ləngidiyi üçün yerli təsisçilərdən 8 bank - "Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitə Bank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” özləri ayrıca kredit bürosu yaratmağa qərar veriblər. Təşəbbüs qrupunun dekabrın 20-də keçirilmiş iclasında "Azərbaycan Kredit Bürosu" şirkətinin yaradılması qərara alınıb.
Bununla belə, "Creditinfo"nun Azərbaycanın maliyyə bazarına buraxılmaması ilə bağlı qeyri-rəsmi səbəblər də göstərilir. Bunlardan biri odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası İslandiya şirkətinin büronun nizamnamə kapitalında 51%-lik paya malik olmasını istəməyib. Yəni, xarici təsisçinin büroda əsas söz sahibi olmasına ilkin mərhələdə razılıq verilsə də, sonradan fikir dəyişib. Baxmayaraq ki, yerli təsisçilər "Creditinfo"nun bu sahədə zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq, onun əsas səhmdar olmasında maraqlı olublar. Digər səbəb kimi isə, İslandiya şirkətinin gələcəkdə ölkədən hansısa məlumatları xaricə ötürməsi ehtimalı göstərilir. Yəni, informasiya təhlükəsizliyi nəzərə alınaraq “Creditinfo-Azerbaijan” layihəsinin hələ ki, dondurulmasına qərar verilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 d. əvvəl
-
- 5 d. əvvəl
- 25 d. əvvəl
- 31 d. əvvəl
-
50 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Expressbank-ın Nəsimi filialı YENİ ÜNVANDA
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır




















