“Saudi Aramco” Hindistanda neft emalı zavodu tikməyi planlaşdırır
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Hindistanda neft emalı zavodu inşa etməyi nəzərdə tutur.
Bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru Amin Al Nasser deyib. O bildirib ki, Hindistan bizim üçün çox əhəmiyyətli bir ölkədir. Bununla bağlı bəzi şirkətlərlə danışıqlar aparılır.
“Hindistanda neft emalı zavodunun tikilməsi üzrə planlar var. “Aramco” Çində də yeni investisiya imkanlarını araşdırır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən günlərdə Səudiyyə Ərəbistanı Nazirlər Kabineti “Saudi Aramco”nun səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edib. Şirkət qarşıdakı 10 ildə layihələrinə 414 milyard dollar xərcləyəcək. Gündəlik 10 milyon barreldən çox xam neft istehsal edən “Aramco” dünya üzrə neft hasilatının 12 faizini həyata keçirir. Eyni zamanda, şirkət Səudiyyə Ərəbistanının büdcə gəlirlərinin üçdə ikisini təmin edir.
“Saudi Aramco”nun 5 faizlik səhmlərinin bu il satışa çıxarılması nəzərdə tutulur. Bu satışdan sonra şirkətin dəyərinin 2 trilyon dollara çatacağı proqnozlaşdırılır. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
- 13 saat əvvəl
-
13 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
13 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
14 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
Ən çox oxunanlar
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir























