Yeni Vergi ödəyicilərinə xidmət mərkəzi açılıb
Yanvarın 25-də 8 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Ağcabədi rayonunda Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha birVergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.
Açılış mərasimində iştirak edən vergilər nazirinin müavini Sahib Ələkbərov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və daha əlçatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 57 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Bildirilib ki, 8 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan Beyləqan və İmişli rayonlarında bu cür xidmət mərkəzi artıq mövcud idi, indi isə Ağcabədi rayonundan olan sahibkarlar üçün yeni bir mərkəz istifadəyə verilir.
Ölkə başçısı İlham Əliyevin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamına toxunan S.Ələkbərov bildirib ki, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsi, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması nəzərdə tutulur.
Bu istiqamətdə görülən işlər çərçivəsində intizamlı vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipi əsasında şəffaf vergi partnyorluğu münasibətlərinin qurulması, onlara göstəriləcək xidmətlərin yüksək səviyyədə təşkili əsas məsələlərdəndir.
Yeni istifadəyə verilən Vergi ödəyicilərinə xidmət mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılmasına dair xidmətlər göstəriləcək, müraciət edənlərə büdcəyə olan borclarının öyrənilməsi və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılmışdır. Burada, həmçinin sahibkarlıq fəaliyyətinə yeni başlayanlara təlimlər də təşkil olunacaq.Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də sözügedən xidmət mərkəzindən əldə edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
1 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR



















