“Halal” məhsul istehsal edən şirkətin maliyyə mənbəyi də halal olmalıdır"
Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı “ Halal” sertifikatı ilə satılır.
Azərbaycanda “Halal” sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını “ Halal” yarlığı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir, Ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanala saxta “halal qida” yedizdirən onlarla sahibkar fəaliyyət göstərir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xiddmətinin rəhbəri Fazil Talıblı bildirib ki, Azərbaycanda sertifikatlaşdırma fəaliyyətini akkreditasiya edilmiş qurumlar həyata keçirir:
“Standartlaşdırma,Meterologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırmayla məşğul olmur. Azərbaycanda “halal qida” məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum - “AzeSERT Halal” MMC həyata keçrir”.
Komitə rəsmisi bildirib ki, müəssisələrə sertifikatın verilib-verilməməsi auditin nəticəsindən asılıdır:
““Halal qida” istehsal edən və bunu təsdiqləyən sənəd üçün sahibkarlar məhz həmin quruma müraciət etməklə öz müəəsisələrindəki mövcud vəziyyətli istehsal prosesini bu orqanın auditorlarına nümayiş etdirməli, auditin nəticəsinə uyğun olaraq ona sertifikat verilməlidir”.
Fazil Talıblının sözlərinə görə, “halal qida” ilə bağlı dövlət standartları mövcuddur: “ Bu standartların qərarları çox sərtdir. “ Halal qida” standartları İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma Şurasının qəbul etdiyi standartlardır. Müsəlman ölkələrində tətbiq edilən vahid beynəlxalq “ Halal” standartıdır. İslam dininin bütün tələbləri burada əksini tapır”.
O qeyd edib ki, tələblər sərt olduğuna görə, sertifikat alanların sayı 10-nu keçmir:
“Təbii ki, müraciət edənlərin sayı çoxdur. Amma auditin nəticəsinə görə, sertifikat alanlar qeyd etdiyim kimi, 10-dan çox deyil. Çox təəssüf edirəm ki, bəzi qurumlar “ Halal” sertifikatı almış kimi özlərini təqdim edir və istehlakçıları aldadırlar. Biz bunun əleyhinəyik. Əgər bu sahədə stabil vəziyyət yaratmaq istəyiriksə, bu cür sahibkarların qarşısını almaq bizim üçün vacibdir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dövlət tərəfindən iki il öncə yaradılan “AzeSERT Halal” MMC-nin ayrıca laboratoriyaları var:
“Biz bu prosesi diqqətlə izləyirik. Azərbaycanda “Halal” sertifikatını qanuni yolla almış müəəsisələr bu günə kimi qanuni olan “Səhliyalı” kiçik müəəsisəsi, “Hakan Foods Azərbaycan Trading Co Ltd MMC”, “Qafqaz Konserv zavodu” MMC, “AzProtein Foods Group” MMC,, “Zəhmət-Ruzi” MMC, “Səba” Səhmdar Cəmiyyəti, “Orxan- SS” müəssisəsi, “Ovçular və ət məhsulları” MMC, “M&T” LTD firmasıdır. Hazırda bir neçə müəəsisədə də bu istiqamətdə işlər gedir”.
Eyyub Hüseynov deyir ki, ümumilikdə götürdükdə, əmtəə bazarında olan malların 80%- i yalançı “Halal” sertifikatı ilə satılır:
“Məsələn “28 May” metrostansiyasının çıxışında alman sosiskaları satılır, hətta bir nişan da qoyublar ki, guya “Halal” sertifikatı ilə satırlar. KFC xaricilərə məxsus böyük bir qida qrupudur, onlar da özlərini guya “Halal” sertifikatı almış kimi göstərirlər. Bunlar istehlakçıların aldadılmasıdır. Dövlətin qanunlarına görə, “Halal” sertifikatı verən qurum akkreditasiyadan keçməlidir, dövlət tərəfindən tanınmalıdır. “AzeSERT Halal” MMC xaricində Azərbaycanda heç bir qurum akkreditasiyadan keçməyib, dövlət tərəfindən tanınmayıb. Təəssüf ki, bu gün də Azərbaycana Ukraynadan, Braziliyadan və başqa ölkələrdən məhsullar gətirilir, “halal” adı ilə təqdim olunurlar”.
Müsahibimiz bildirib ki, Azad İstehlakçılar Birliyinin “Halal” sertifikatı ilə əlaqədar özəl təqvimi var: “Mən bu günlərdə İslam İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi ilə görüşmək niyyətindəyəm. Biz məsələ qaldırmışıq ki, “Halal” sertifikatı almış müəssisələrdə iki məsələ də həll olunsun. Birincisi budur ki, onlayn izləmə sistemi olsun. Dünyanın istənilən yerindən insanlar izləyə bilsin ki, bu müəəssisədə nə baş verir. Digər məsələ isə “halal mal” istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Maliyyə mənbəyi əgər haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, faiz məsələsiylə yaradılıbsa, bu halal sayıla bilməz”.
Onun sözlərinə görə, diqqətdə olan məsələlərdən biri də, kolbasaların tərkibinə qarışdırılan qida əlavələridir: “ Qida əlavələrinin mənbəyinin halal olması ciddi məsələlərdən biridir. Hazırda Azərbaycanda qida mənbələrinin yerli bitkilərdən hazırlanması üçün müəyyən işlər gedir”.
© Modern.az
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 18 saat əvvəl
-
20 saat əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
1 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu pisləşdirib









.jpg)


.jpg)





.jpg)



