Dollar dünya birjalarında bahalaşa bilər - GÜNƏ BAXIŞ
Son günlər dolların ucuzlaşması tendensiyasının zəifləməsinə təsir edən amilləri investorların diqqət mərkəzindədir.
ABŞ-da iqtisadi göstəricilərin artım dinamikasında azalma ilə müqayisədə Amerika Mərkəzi Bankının (FED) sərt siyasəti fonunda dünya birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətləri təzyiq altındadır. Belə ki, Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin qismən zəifləməsi, iqtisadiyyatda inflyasiyanın da qismən azalmasına səbəb olur. Belə bir şəraitdə FED-in sərt monetar siyasəti dolların dünya birjalarında bahalaşmasına səbəb ola bilər.
Avro yenidən güclü müqavimətlə rastlaşa bilər
Dünya valyuta birjalarında avronun qiyməti 1.24$-ın üzərində ticarət edilməkdədir. Lakin təhlillərə əsasən, qiymət gün ərzində yenidən 1.2307 və 1.2144$-a kimi ucuzlaşa bilər.
Brent nefti 65$-a kimi bahalaşıb
Enerji bazarlarında da neft qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, 65$-a kimi dəyər qazanan Avropanın Brent markalı neftinin bir barel qiymətinin, 64$-ın üzərində qaldıqca, 67$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
ABŞ-ın sənaye sektoru diqqət mərkəzində
Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatların açıqlanması da dünya birjalarında dalğalanmaları daha da gücləndirəcəkdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























