İordaniyadan Azərbaycana birbaşa aviareys üçün danışıqlar aparılır
İordaniyanın Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
İclasda bildirilib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan-İordaniya iqtisadi əməkdaşlığının genişlənməsinə də böyük imkanlar yaradır. İqtisadiyyat naziri indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 42 sənədin imzalandığını, hazırda elm, maliyyə, hava əlaqəsi, təhlükəsizlik, dənizçilik, vergi, kənd təsərrüfatı və digər sahələr üzrə 9 sənəd layihəsinin müzakirə mərhələsində olduğunu diqqətə çatdırıb.
Görüşdə Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafında müsbət rolu qeyd edilib. Bildirilib ki, hazırda Azərbaycanda ticarət və xidmət sahələrində 9 İordaniya şirkəti fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37% artıb. Bununla belə, ticarət əlqələrinin genişləndirilməsi üçün böyük potensial var.
Qeyd edilib ki, elektron viza sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2017-ci ildə İordaniyadan Azərbaycana turistlərin sayı 55% artıb. 2018-ci ilin yay mövsümündə birbaşa uçuşların yerinə yetirilməsi üçün turizm operatorları ilə danışıqlar aparılır.
Təhsil sahəsində də uğurlu əməkdaşlıq edilir və hazırda Azərbaycanda 40 İordaniya vətəndaşı təhsil alır.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib, regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdığını vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya təşviqi mexanizmləri, sənaye parkları və Ələt Azad Ticarət Zonası barədə danışan İqtisadiyyat naziri İordaniyalı iş adamlarını bu imkanlardan yararlanmağa, Azərbaycana sərmayə yatırmağa dəvət edib.
İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Yarub Qudah İordaniyanın iqtisadiyyatı barədə məlumat verib, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
İclasda Azərbaycan və İordaniya arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq və əlaqələrin inkişafı perspektivlərinə dair müzakirələr aparılıb.
Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah imzalayıb. Sənəd ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)
.jpg)





.jpg)





.jpg)






