Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk qəbz təqdim edilib
Yanvarın 27-də Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik Sahibkarlıqla iş Departamentində vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcək bir qrup vergi ödəyicisinə sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında qəbzin (patentin) təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiqini nəzərdə tutur ki, onlardan biri də fərdi əməklə məşğul olan şəxslərlə bağlıdır. Belə şəxslər vergi öhədliklərini aylıq sabit vergi şəklində ödəyəcəklər.
Sabit verginin ödənilməsi ilə bağlı təqdimatla çıxış edən Ə.Məmmədov bildirib ki, sabit vergi fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir. Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Bunlara toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, fərdi foto, audio-video xidmətləri, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və nəqqaşlıq emalatxanalarının fəaliyyəti və s. bu qəbildən olan işlərlə məşğul olan şəxslər aiddir.
Qeyd olunub ki, sabit verginin ödəyiciləri öz vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirəcəklər. Bu şəxslərin vergi orqanına hər hansı bəyannamə təqdim etməsi artıq nəzərdə tutulmur.
Sadələşdirilmiş verginin bu qəbildən olan ödəyiciləri üçün sabit vergi mexanizminin tətbiqi fərdi qaydada fəaliyyət göstərən aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati yükünün azaldılmasına, eyni zamanda məşğulluq sahəsində uçot sisteminin dürüstlüyünün təmin edilməsinə xidmət edir.
Təqdimatda həmçinin aylıq sabit veriginin məbləği, fəaliyyət göstərilən ərazi üzrə tətbiq oluan əmsallar, sabit veriginin ödəyicilərinin qeydiyyat alınması prosdurları, sabit vergi üzrə qəbz almadan fəaliyyət göstərdikdə və nağd pul hesablaşmalarının aparılması qaydalarını pozduqda tətbiq olunan maliyyə sanksiyasının məbləğləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sabit verginin ödəyicisi olan fiziki şəxs, vergi orqanında uçota alınmayıbsa, qeydiyyatda olduğu ərazinin vergi orqanına müraciət etməli və VÖEN almalıdır. Bundan başqa fiziki şəxs fəaliyyətə başlayanadək vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almalıdır. Bu zaman verginin ödənilməsini təsdiq edən ödəniş sənədi müraciətə əlavə edilməlidir. Qəbz yazılı müraciət edildikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.
Vergi ödəyicilərinin nəzərinə çatdırılıb ki, göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan ödənişi təsdiq edən qəbz təqdim etməlidirlər.
Tədbirin sonunda sabit verginin ilk ödəyicilərinə qəbz formaları təqdim edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















