İlham Əliyev və Giorgi Kvirikaşvili görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Prezident İlham Əliyev Baş nazir Giorgi Kvirikaşvilini qarşılayıb.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşü olub.
Prezident İlham Əliyev dedi:
-Hörmətli cənab Baş nazir.
Mən sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir.
Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni, bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuzdur, qardaşlığımızdır. Məhz həmin münasibətlər əminəm ki, bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək.
Bir daha sizi salamlayıram. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və səfərin çox yaxşı nəticələri olacaq.
Baş nazir Giorgi Kvirikaşvili dedi:
-Hörmətli cənab Prezident.
Səmimi qəbul üçün Sizə minnətdarlığımı bildirirəm. Şadam ki, bu səfər baş tutdu. Bu, bizim üçün xüsusi bir hadisədir. Çünki Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Sevindirici haldır ki, bizim iqtisadi əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir. Keçən il ikitərəfli münasibətlər xüsusi inkişafla yadda qaldı.
Azərbaycan Gürcüstan üçün birinci investisiya tərəfdaşıdır. Bu yaxınlarda dərc olunan statistik məlumatlara görə, səfərlərin sayına görə də Azərbaycan Respublikası Gürcüstan üçün birinci yerdədir. Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələri çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan qazı “Cənub Qaz Dəhlizi” layihəsinin seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik kəmərləri ilə sonradan Avropaya nəql ediləcək. Bu layihələr iqtisadi və geosiyasi baxımdan çox mühümdür. Regional formatlarda əməkdaşlığımız çox vacibdir. Həm siyasi məsləhətləşmələr, həm də qlobal formatda əməkdaşlığımız mövcuddur. Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir. Bu, bizim strateji əlaqələrimizin göstəricisidir. Azərbaycanın ilk respublika elan olunmasının 100 illiyini təbrik edirəm. Bu, həm Gürcüstan, həm də Azərbaycan Respublikası üçün çox mühüm tarixdir. Ümid edirəm ki, biz bunu layiqli şəkildə qeyd edəcəyik. Bir daha səmimi qəbul üçün minnətdarlığımı bildirirəm.
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin şərəfinə rəsmi nahar verildi.
x x x
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
34 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
55 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























