ABŞ qlobal neft bazarını ələ keçirir - İXRACI KƏSKİN ARTIB
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) keçən il ABŞ-ın xam neft ixracının 2016-cı illə müqayisədə artım göstərdiyini bildirib.
"Marja" xəbər verir ki, EIA-dan verilən açıqlamada, 2016-da gündəlik orta hesabla 591 min barel xam neft ixrac edən ABŞ-ın, 2017-də gündəlik orta hesabla 1,1 milyon barrel xam neft ixracı həyata keçirdiyi qeyd olunub.
Açıqlamada 86%-lik artım haqqında fərqli səbəblərə işarə olunub.
ABŞ-da xam neft qiymətlərinin dünya miqyasına nisbətən daha aşağı olduğuna diqqət çəkilən açıqlamada, bunun bəzi bölgələrdəki Amerikalı neft istehsalçılarının xam neft ixracatını artırdığı qeyd olunub.
Açıqlamada, dünyada geniş istifadə edilən Brent növü xam neftin qiymətinin ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftinin qiymətinə nisbətən (orta hesabla 3,36 dollar) baha olduğu qeyd edilib.
Açıqlamada, 2016-da bu fərqin 0,4 dollar olduğu məlumatına yer verilərək, iki neft növü arasında qiymət fərqinin bu il orta hesabla 3,96 dollar olmasının nəzərdə tutulduğu bildirilib.
Bundan başqa açıqlamada, ABŞ-ın cənub əyalətlərindəki enerji infrastrukturu investisiyaları sayəsində xam neft kəmərinin daşıma qabiliyyətinin artdığı vurğulanıb.
ABŞ-ın enerji mərkəzi qəbul edilən Texas və qonşusu olan Louisiana əyalətlərində liman saylarının artığına toxunulan açıqlamada, Meksika Körfəzinə sahili olan hər iki əyalətin ABŞ-ın xam neft ixracı üçün əhəmiyyət daşıdığı bildirilib.
Ən çox xam neft ixracı Kanada həyata keçirilib
EIA, ABŞ-ın keçən il xam neft ixrac etdiyi ölkələrin sayının da 37-yə yüksəldiyini açıqlayıb. ABŞ, 2016-da 27 ölkəyə xam neft ixrac etmişdi.
Keçən il ABŞ-ın ən çox xam neft ixrac etdiyi ölkə Kanada olub, Çin əvvəlki illə müqayisədə iki pillə qalxaraq ikinci yeri tutub.
ABŞ-ın xam neftini keçən il ən çox alan ölkələr arasında üçüncü yerdə İngiltərə gəlir. Hollandiya dördüncü, Cənubi Koreya da beşincidir.
İxrac qadağası 2015-də ləğv edilmişdi
Səudiyyə Ərəbistanının nəzarətindəki Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 1973-cü ildə ABŞ və Qərb müttəfiqlərinə neft embarqosu tətbiq etdikdən sonra, ABŞ Konqresi hasil edilən xam nefti "strateji" kimi səciyyələndirərək ixrac edilməsini qadağan etmişdi.
Buna qarşı, 2008-dəe başlayan ABŞ-ın şist nefti "inqilabı" ölkənin xam neft hasilatını sürətli şəkildə artırdı. Bundan sonra, qadağanın ləğv edilməsi tələb edilməyə başlandı.
Dövrün ABŞ Prezidenti Barak Obama, 2015-ci ilin Dekabr ayında sözügedən qadağanı 42 il sonra ləğv etmişdi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)










