Naxçıvan Avtomobil Zavodu fəaliyyətini bərpa edə bilmir
2018-ci ilin Yanvar-Fevral aylarında Azərbaycanda minik avtomobili istehsal olunmayıb. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Ötən ilin İyul ayından Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.03.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 106 ədəd təşkil edib. 01.01.2018-ci il tarixində hazır məhsul ehtiyatı 116 ədəd, 01.02.2018-ci il vəziyyətinə isə 115 ədəd idi.
Naxçıvanın İqtisadiyyat Nazirliyi zavodun fəaliyyətini dayandırdığı barədə susur.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri | 2018-ci ilin yanvar-fevral aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.03.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Traktorlar, ədəd | 290 | - | 4 |
Minik avtomobilləri, ədəd | - | - | 106 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | - | - | 2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 d. əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
13 d. əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
53 d. əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
54 d. əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
1 saat əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Metropoliteni: Zərərlər aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranır
-
2 saat əvvəl
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb











.jpg)











