Əmtəə qiymətləri "ABŞ - Çin" gərginliyi ilə kəskin düşdü
Ticarət müharibəsi alovu bazara sıçradı
ABŞ ilə Çin arasında qlobal ticarət gərginliyi getdikcə artır.
"Marja" xəbər verir ki, dünyanın ən böyük iki iqtisadiyyatının ard-arda "əlavə tarif" addımları qlobal ticarət müharibəsi narahatlıqlarını artırır.
ABŞ-ın Çinə qarşı tətbiq edəcəyi gömrük vergisinin hansı məhsulları əhatə edəcəyi və miqyasını açıqlanmasından sonra, Çindən cavab tədbirləri gecikmədi.
Çindən 50 milyard dollarlıq cavab tədbirləri
Çin televiziyası CCTV-nin xəbərinə görə, Çin 50 milyard dollarlıq ABŞ məhsuluna gömrük vergisini artırmağa hazırlaşır. Həmin plana görə, 25%-lik əlavə tarif soya lobyasını, kənd təsərrüfatı məhsullarını, motorlu vasitələrini və cəmdə 106 məhsulu əhatə edəcəkdir.
Əmtəə qiymətləri Çinin sərt cavab tədbirlərilə düşür
Soya lobyası qiymətləri, Çinin ABŞ-dan idxal edilən kənd təsərrüfatı məhsullarına 25 faiz gömrük vergisi tətbiq edəcəyi xəbərinin ardından təqribən iki ayın ən aşağı səviyyəsinə enib.
Ekspertlər, ABŞ və Çin arasındakı gərginliyin əmtəə qiymətlərinin aşağı düşməsinə təkan verməsinin, Ağ Evin proteksionist siyasəti yenidən müzakirə etməsini təmin edəcəyini bildirir.
Sənaye metallarının qiymətləri də gərginlik səbəbindən düşür. London Metal Birjasında əməliyyat görən mis 1.1 faiz düşərək tonu 6722.50 dollar səviyyəsinə enib.
Nikel 1.6% dəyər itirərək ən çox düşən sənaye metalı olub. LME-də ticarət olunan alüminium 1.1 faiz ucuzlaşaraq tonu 1999 dollardan alıcı tapıb.
Brent nefti 1,8% ucuzlaşaraq 66,90 dollara geriləyib. İki böyük iqtisadiyyat arasındakı ticarət gərginliyi qlobal inkişafı ləngidə və əmtəələrə tələb azala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















