Mitsubishi-dən yeni flaqman – PAJERO SPORT ARTIQ SATIŞDA!
Mitsubishi-nin Azərbaycandakı rəsmi dileri Mitsubishi Avtomobil Mərkəzindən yeni model xəbəri gəldi: Mitsubishi Pajero Sport artıq satışdadır. Bu avtomobil Mitsubishi model sırasının ən yeni flaqmanıdır. Əfsanəvi Pajero daha da güclənərək Sport versiyada qarşımıza çıxır.
Dinamic Shield üslubunda yığılmış Pajero Sport dəbli və müasir görünür. Uzunmüddətli diod işıq texnologiyalarına malik faralar, alüminium detallar, 18 düymlük yüngüllehimli disklər eksteryerin diqqətçəkən cəhətləridir. Lakin bu avtomobilin korpusu təkcə gözə xitab etmir, o, əsl SUV kimi istənilən istismar şəraitində dözümlülük nümayiş etdirməyə imkan verən möhkəm polad lonjeron çərçivə üzərində qurulub.
Pajero Sport interyeri ilə həm sürücüyə, həm sərinişinlərə premium komfort təklif edir. Geniş salonun alətlər paneli, nəfis dizaynlı sayğaclardan döşəmə konsolunadək hər şey ən rahat şəkildə yerləşdirilib. İntellektual dəstəyə gəldikdə isə salon arxa görüntü kamerasını əks etdirə bilən və audosistem idarəsini asanlaşdıran 6.1 düymlük sensor ekranla təchiz olunub (2DIN AM/FM CD audio displey) . Funksional Mitsubishi multimedia sistemi mobil qurğuların Bluetooth və USB vasitəsilə qoşulmasına və Hands Free sistemi ilə hərəkət zamanı telefonla təhlükəsiz şəkildə danışmağa imkan verir.
7 yerli avtomobilin yeni hazırlanmış oturacaqları yüksək keyfiyyətli örtük materialları və strukturu sayəsində daha yumşaq olub, uzun səfərlər üçün əlverişlidir. Arxa oturacaqların sadə qatlanma mexanizmi sayəsində tutumlu yük yeri əldə etmək mümkündür.
Pajero Sport-un güclü tərəflərindən biri də modernizə edilmiş 3.0 V6 (215 at/g) benzin mühərrikidir. Klassik 8-sürətli Aisin avtomat qutu idarəetməni digər tərəfdən dəstəkləyərək əsl SUV performansını təmin edir. Bununla yanaşı avtomobil geniş salona və iri həcmli yük yerinə baxmayaraq cəmi 5.6 metrlik dönmə radiusu ilə əla manevr qabiliyyətinə malikdir. Keçilməz yolların öhdəsindən isə Mitsubishi avtomobillərinin ən əsas və məşhur özəlliyi – Super Select II transmissiyası gəlir. Yeni Pajero Sport-da təhlükəsizlik OFF ROAD, HDC enişə nəzarət sistemi, HSA yoxuşa dəstək sistemi kimi xüsusiyyətlərə etibar edilib.
Avtomobillə daha ətraflı tanışlıq üçün rəsmi diler Mitsubishi Avtomobil Mərkəzinə müraciət edə bilərsiniz.
Ünvan: Bakı-Sumqayıt şossesi, 6-cı km
Tel: (012) 349 00 06
http://mitsubishi-cars.az/auto/pajero-sport
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



