Əlavə vergilər BMW və Mercedes-i pis vuracaq
Çinin ABŞ-dan idxal avtomobillərə tətbiq etməyi düşündüyü əlavə 25%-lik gömrük vergisi, gözlənilənin əksinə ABŞ istehsalçılarını deyil, Almaniya nəhəngləri Mercedes və BMW-ni vuracaq. Hər iki şirkət ildə 100 min ədəd avtomobili ABŞ-dan Çinə ixrac edərkən, ümumi ixracın 7 milyard dollar olduğu ehtimal edilir.
"Marja" xəbər verir ki, araşdırma şirkəti "Evercore İSİ"ın analitiki Arndt Ellinghorst tərəfindən nəşr olunan bir hesabat, Çinin ABŞ-da istehsal olunan avtomobillərə tətbiq edəcəyi əlavə vergilərin məhz Alman şirkətləri vuracağını ortaya çıxarıb.
Hesabatda, "Bunlar əsasən ABŞ-ın cənubunda istehsal edilən və birbaşa Çinə ixrac edilən Alman avtomobilləridir, xüsusilə də Mercedes və BMW SUV-lərə təsir edəcək bir vergidir" deyilir.
Çinin tətbiq edəcəyi vergilərin ABŞ istehsalçıları arasında ən çox Tesla-nı vurması gözlənərkən, digər istehsalçılar zavodlarını Çinə köçürə bildikləri üçün bu vəziyyətdən mənfi təsirlənməyəcəklər.
İLDƏ 100 MİN ƏDƏD AVTOMOBİL
Almaniyanın Volkswagen şirkəti Çində satdığı avtomobillərin hamısına yaxınını Çində istehsal edir.
BMW-nin Cənubi Karolina, Mercedesin isə Alabamada zavodları mövcuddur. İki şirkət birlikdə ildə 100 min ədəd ixrac edərkən, ABŞ-dakı zavodlarından həyata keçirilən ixracın həcminin 7 milyard dollar səviyyəsində olduğu ehtimal edilir.
Ellinghorst, "Bu vəziyyət ticarət müharibəsinin təxmin edilməyən nəticələri üçün çox əhəmiyyətli bir nümunədir" deyib. O, avtomobil sənayesinin illər ərzində inkişaf edən və böyüyən bir sektor olduğunu, məhdudiyyətlərin ciddi mənfi təsirlərinin ola biləcəyini qeyd edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)









.jpg)

