1 ay 800-dən çox mağazada sərfəli alış-veriş imkanı təqdim ediləcək
Növbəti Festival bu ilin 1-31 May tarixlərində keçiriləcək və alıcılara 800-dən çox mağazada sərfəli alış-veriş imkanı təqdim ediləcək.
Bu barədə “Marja”ya Azərbaycan Konqreslər Bürosundan bildirilib.
Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb.
Azərbaycan Konqreslər Bürosu, Bakı Ekspo Mərkəzində 5-7 aprel tarixlərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edir.
Azərbaycan Konqreslər Bürosunun nümayəndələri sərgi zamanı qonaqlara və iştirakçılara Azərbaycanın MICE - Toplantı, Təşviqat, Konfrans və Sərgi potensialı və bu ilin 1-31 may tarixlərində keçiriləcək növbəti Bakı Şopinq Festivalı barədə ətraflı məlumat verəcəklər. MICE turizmi sahəsində əməkdaşlıq etmək istəyən şirkət nümayəndələri və Bakı Şopinq Festivalına qoşulmaq istəyən biznes sahibləri Bakı Ekspo Mərkəzində Azərbaycan Konqreslər Bürosunun stendinə yaxınlaşa bilərlər.
Büro “AITF-2018” sərgisi üçün xüsusi olaraq Azərbaycanın MICE potensialının artırılması məqsədilə ingilis dilində “Azerbaijan Planner’s Guide” kataloqunu hazırlayıb. Burada Bakı və Azərbaycanın bütün bölgələrinin işgüzar turizm sahəsində yaratdığı imkanlar barədə geniş məlumatlar verilir. Kataloqla http://azcb.com/azerbaijan-meeting-planner-s-guide keçidi vasitəsilə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)





.jpg)



