İş, yoxsa perspektivli iş?! “Mətanət A” Şirkəti ikinci variantı təklif edir

“Mətanət A” Şirkətinin İnsan Resursları Departamentinin direktor əvəzi Zenfira Əliyeva ilə müsahibə
İş yoxsa perspektivli iş?! “Mətanət A” şirkəti əməkdaşlığa dəvət edir
-Keyfiyyətli məhsul istehsal etmək üçün peşəkar işçi heyətinin olması vacib amildir. “Mətanət A” brendi olduqca tanınmış və güvənilən məhsul istehsalçısı olduğundan bütün bu işlərin arxasında işini məsuliyyət və kefiyyətlə görən komandanın olduğunu göstərir. Hazırda şirkətin işçi heyəti neçə nəfərdən ibarətdir?
- Tamamilə haqlısız. Keyfiyyətli iş yalnız güclü komanda hesabına mümkündür. Bizim də böyük və çox peşəkar heyətimiz var. Dəqiq bir rəqəm vermək yanlış olardı, çünki sıralarımıza qoşulanların sayı günbəgün artır.
-“Mətanət A” gələcəyini bu şirkətdə görmək istəyən şəxslərə nələr vəd edir?
- İlk öncə deməliyəm ki, “Mətanət A” nəinki əvvəlki, hətta yeni qoşulan əməkdaşlar üçün sözün əsl mənasında perspektivli şirkətdir. Çünki biz vəd vemirik, fərqlənən əməkdaşlarla bağlı real addımlar atırıq. Bildiyiniz kimi şirkətimiz tikinti inşaat sektorunun bir çox sahələrini özündə birləşdirir. İşçilər şirkət hesabına profil üzrə müxtəlif təlimlərə göndərilir, fərqlənən əməkdaşlar isə mütəmadi olaraq mükafatlandırılır. Bü gün sıralarımızda vaxtı ilə kiçik vəzifələrdə işə başlayan bir çox əməkdaşımız artıq yüksək vəzifələrə təyin ediliblər. Təbii ki, bu asan başa gələn proses deyil, lakin bizdə mümkünsüz də deyil. “Mətanət A” şirkəti öz üzərində çalışan hər kəs üçün bu şəraiti yaradır.
-Şirkətə işçilər qəbul edilərkən əsasən hansı meyarlar nəzərə alınır? Yünə “Mətanət A”-nın əməkdaşı olmaq istəyən şəxs hansı parametrlərə uyğun olmalıdır?
- Dediyim kimi bir çox profilləri özundə birləşdirən şirkət təhsil və təcrübəyə əsasən əməkdaşları aidiyyatı üzrə yerləşdirir. Əlbəttə nəzərə alsaq ki, fəaliyyətimiz inşaat sektorunu əhatə edir, daha çox iqtisadiyyat, marketinq, maliyyə, biznes sahələri üzrə təhsili və təcrübəsi olanlara üstünlük verilir. Lakin digər vakansiyalar üzrə də məlumatlar mütəmadi olaraq saytımızda yerləşdirilir. (www.matanata.com)
-Hazırda şirkətdə hansı sahələr üzrə vakansiyalar var? Bu istiqamətdə bacarıqlı şəxslərin işə cəlb olunması üçün nə kimi işlər görülür?
- Vakansiyalarımız barədə məlumatlar zərurətdən irəli gələrək dəyişir. Ama hal - hazırda marketinq, satınalma, satış, maliyyə və istehsalat sahələri üzrə vakant yerlərimiz var. Bizim şirkətə qəbul yalnız CV forması ilə həyata keçirilir. Yəni, biz rəsmi saytımızda, sosial şəbəkələrdə, işədüzəltmə şirkətlərinə müraciət edərək vakant yerlərin elanını yerləşdiririk. Təqdim olunan CV-lərə əsasən uyğun namizədlər seçilir və müsahibə üçün dəvət edilir. İnsan Resursları və işçinin birbaşa tabe olacağı struktur rəhbərinin iştirakı ilə həyata keçirilən müsahibə mərhələsindən uğurla keçən şəxslər şirkətimizdə işlə təmin edilirlər.
-Sizin şirkətdə əməkdaşların sosial təminatı necədir? Əməkdaşlar şirkətin hansı xidmətlərindən faydalana bilər?
“Mətanət A” Şirkətində əməkdaşların fəaliyyəti üçün bütün lazımı şərait yaradılıb və bu şərait günü-gündən təkmilləşdirilərək, daha da yaxşılaşdırılır. Əməkdaşlar peşəkar səviyyələrinin yüksəldilməsi məqsədi ilə maliyyəsi Şirkət tərəfindən təmin edilən müxtəlif treninq və kurslara göndərilir, xarici ölkələrdə təşkil edilən konfranslara qatılırlar. Fərqlənmiş əməkdaşlar isə mütləq şəkildə premiya ilə mükafatlandırılırlar. Bu, həmkarlar arasında sağlam rəqabət mühitinin formalaşmasına səbəb olur. Bir sözlə, Şirkət rəhbərliyi əməkdaşlarının həvəslə və yüksək səviyyədə işlərinin icrası üçün hər bir tədbir görür. Əməkdaşlar isə buna cavab olaraq, sadiqliyi və peşəkarlığı ilə seçilirlər. “Mətanət A” ailəsində olan məhz bu peşəkar və təqdirə layiq abu-hava, qarşılıqlı hörmət və dəstək, rəhbərliyin stimullaşdırıcı tədbirləri Şirkəti illədir ki, böyük uğurlara imza atmağına zəmin yaradır. Təbii ki, bütün bunlarla yanaşı işçilərin asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsinin təşkili də fəaliyyət istiqamətlərimizdən biridir. Biz müxtəlif korporativ tədbirlər, bölgələrə səfərlər təşkil edirik.
-“Mətanət A” şirkətində işləmək istəyən şəxslər necə müraciət edə bilər?
Sıralarımıza qoşulmaq arzusunda olanlar www.matanata.com saytında”İnsan resurları” bölməsini seçib, “Vakansiyalar” keçidini basaraq lazımı məlumatlarla tanış ola bilərlər. Bizi seçən hər kəsi öz aramızda görməkdən məmnun olarıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
18 d. əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
- 28 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 34 d. əvvəl
-
36 d. əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
-
39 d. əvvəl
“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
-
40 d. əvvəl
"Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüş olub
- 47 d. əvvəl
-
47 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
15 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
Son Xəbərlər

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

Antiinhisar Agentliyi: Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
