Kritik məlumat açıqlandı - proqnozdan aşağı artdı
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Martda proqnozdan aşağı artıb.
"Marja" xəbər verirk ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Martda 103 min artıb, işsizlik 4.1%-də qalıb.
Beləliklə, işsizlik 2000-ci ildən bəri ən aşağı səviyyədə qalıb.
Martda məşğulluğun 193 min artacağı, işsizliyin isə 4%-ə düşəcəyi gözlənilirdi.
Fevral ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 331 mindən 326 minə dəyişdirilib.
Məşğulluq bazarında dayanaqlı artımın Fed-in daha çox faiz artımasına təkan verəcəyi qeyd olunur. Fed faiz artırmaq üçün məşğulluq nisbəti və inflyasiya siqnalları verən maaş artımlarını yaxından izləyir.
Martda saatlıq əməkhaqqı aylıq müqayisədə 0,3%, illik müqayisədə isə 2,7% artıb. Proqnozlar da müvafiq olaraq 0,3% və 2,7% idi.
Məşğulluq aşağı artsa da maaşların artması qənaətbəxşdir. Maaşı artan insanlar daha çox xərcləyəcək və inflyasiya yüksələcəkdir.
ABŞ-da məşğulluğun artması, FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır. ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri 3 və ya 4 dəfə artıracağı gözlənilir. Artıq Mart toplantısında faizlər artırılıb.
Məlumatın açıqlanmasından sonra Dolların mühüm valyutalar qarşısında qiyməti çox dəyişməyib.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























