ABŞ, neft qiymətləri proqnozunu yüksəltdi
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) 2018-ci ilin Aprel ayı hesabatına görə, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il və gələn il 63 dollar səviyyəsində olacağı gözlənilir.
"Marja" hesabata istinadən xəbər verir ki, Qərbi Texas (WTI) növü xam neftin orta hesabla qiymətinin bu il və gələn il 59 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.
Beləliklə, EIA, hər iki neft növ üçün orta hesabla barel qiymətini, mart ayındakı proqnozlarına nisbətən 1 dollar artırıb.
Hesabatda, qiymət proqnozlarının artırılması ilə əlaqədar olaraq, ABŞ və dünya üzrə neft ehtiyatlarının düşməyə davam etdiyi və keçən ay qlobal neft hasilatında baş verən azalmanın qiymətlər üzərində yuxarı istiqamətli təzyiq yaratdığı qeyd olunub.
Venesueladakı iqtisadi və siyasi qeyri-sabitliyin ölkənin xam neft istehsalına mənfi təsir etdiyinə işarə edilən hesabatda, həmçinin ABŞ-ın, İrana yenidən sanksiya tətbiq etməsinin də İranın neft hasilatı və ixracına mənfi təsir göstərəcəyi vurğulanıb.
EIA, ABŞ-ın 2018-də neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel səviyyəsində olacağını gözləyir. Gələn ilə dair xam neft istehsal proqnozu isə gündəlik orta hesabla 100 min barel atrırılaraq 11,4 milyon barel olaraq müəyyən edilib.
Qeyd edək ki, bu gen Brent neftinin qiyməti 2,5% qalxraq 72,50 dolları keçib (Bakı vaxtı ilə saat 19:00-a olan məlumat).
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 31 d. əvvəl
- 40 d. əvvəl
-
51 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)



.jpg)





