Çoxdandır gözlənilən "MentorTalks" tədbiri möhtəşəm keçib
22 Apreldə "Pullman" hoteldə 7 spikerin çıxışı ilə "Mentor Talks" tədbiri baş tutub.
Sloqanı “Gələcəyini bu gün inşa et!” olan tədbirin ilk kateqoriyası özünü inkişaf sahəsi olub.
Layihə rəhbəri Şamil Bağmanov “MentorTalks”un ölkə üçün önəmindən danışaraq tədbiri açıq elan edib.
Hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin bir-birindən fərqli təqdimatları və özünəməxsus çıxışları iştirakçıları təəccübləndirib.
İştirakçıların marağına səbəb olan nüanslardan biri ucqar kənd müəllimi Həbib Əlizadənin səhnəyə kəndlərə kitab payladığı velosipedlə çıxması olub.
#MentorTalks’da təklif olunan "İanə" biletin digər biletlərdən fərqi onda olub ki, həmin bilet məbləğinin 10 AZN’i ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq.
Klass bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanıblar.
Spikerlər və çıxışları:
-İlham Ali Yusif – PMP, layihə meneceri, bloqqer - "Biz bunları çoxdan bilirik!"
-Həlimə Qəmərlinskaya - Psixoloq, Kouç, Stres menecment üzrə ekspert - "Özünü inkişaf və motivasiyanın psixologiyası"
-Seymur Rəsulov - Ted Spiker, Kouç - "Gələcək üçün bu gün nə etməli?"
-Cəlalə Nəzəroğlu - Müəllif, Təsisçi, Radio aparıcısı, Natiqlik üzrə təlimçi - "Dilimin ucundakı kəlmələr"
-Coşqun Kərimov - Natiq, yazıçı, kouç - "Arzuladığınız hissi indi yaşayın!"
- İsmayıl Vəliyev - Spiker, kouç, Msc Harvard Universiteti (ABŞ-dan canlı bağlantı)
- "Bizə Mentor lazımdırmı?"
-Həbib Əlizadə - Ucqar kənd müəllimi - "Görəsən, mən o müəlliməm?"
Qeyd edək ki, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə "Rainergy" ixtirasıyla qatılaraq böyük uğura imza atan 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova da tədbirin qonaqları arasında olub.
#MentorTalks – özünü yetişdirmək istəyən parlaq fikirli insanların bir araya gəldiyi, ilham verən çıxışları olan tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya, məlumat və baxış açısı paylaşmaqdır.
İldə bir neçə dəfə təşkil olunması planlaşdırılan bu tədbir özünü inkişaf, biznes, təşəbbüskarlıq, texnologiya, marketinq, təhsil, səhiyyə kimi sahələri əhatə edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


