Gömrüyün yeni sədri tapşırıqlar verdi
Bu gün Dövlət Gömrük Komitəsində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Komitədən verilən məlumata görə, müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ilk növbədə gömrük orqanlarına göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və gömrük orqanlarının işinin daha da səmərəli qurulması istiqamətində səylərin artırılacağını vurğulayıb.
"PROBLEMLƏRİ QISA ZAMANDA ARADAN QALDIRIN"
Komitə sədri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəmizin tranzit potensialının gücləndirilməsi, turizmin inkişafına dəstək verilməsi, gömrük işinin təşkili zamanı şəffaflığın tam təmin olunması və mövcud problemlərin ən qısa zamanda aradan qaldırılması barədə konkret tapşırıqlar verib.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
S. Mehdiyev xüsusilə idxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunması, bu istiqamətdə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə sıx əlaqələrin qurulması, təbliğat və maarifləndirmə işlərinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda müşavirədə qaldırılan məsələlərlə bağlı təkliflər dinlənilib və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)
