Dollar bahalaşmaqda davam edir
Dollar mühüm valyutalar qarşısında bahalaşmaqda davam edir.
Bu gün açıqlanan məlumata görə, ABŞ iqtisadiyyatı 2018-in ilk rübündə gözləntilərin (proqnozların) üzərində artıb.Ticarət Nazirliyinin məlumatlarına görə, ümumi daxili məhsul (ÜDM) 2.3% artıb. İqtisadi inkişafın artım sürətinin 2% olacağı gözlənirdi.İqtisadi inkişafın artım sürəti əvvəlki rüb ilə müqayisədə bir az azalmış olsa da, bugünkü göstərici 2015-dən bəri görülən ən yaxşı Yanvar-Mart dövrü göstəricisidir. Fed rəsmiləri ilk rübdə iqtisadi artım sürətinin bir qədər ləngiyəcəyini, ancaq bunun müvəqqəti olacağını bildirmişdi. İqtisadi vəziyyət yaxşılaşdığından Fed daha sürətlə faiz artıra bilər.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Bakı vaxtı ilə saat 17:10-a olan məlumata görə, Avro/dollar məzənnəsi 1.2087 səviyyəsinə göriləyib (Avro ucuzlaşıb, Dollar bahalaşıb).
Dolların 6 mühüm valyuta qarşısında dəyərini göstərən Dollar İndeksi (U.S. Dollar Index -DXY) 91.83 səviyyəsinə qalxıb. İndeks 0,30% yüksəlib. İndeks bu həftə 1.8 faiz yüksəlib.
Dollar, G - 10 pullarının hamısı qarşısında dəyər qazanıb. ABŞ Dollarının mühüm valyutalar qarşısında dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi də, ardıcıl üç gün yüksələrək, həftənin son iş günündə 0.14 faiz artımla 1147.19 bənd olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























