Fed faiz qərarını açıqladı
Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı. Fed inflyasiyanın hədəfə yaxın olduğunu qeyd etdi.
ABŞ Mərkəzi Bankının (Fed) qərar orqanı olan Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən iclası başa çatıb.
"Marja" xəbər verir ki, iclasda uçot dərəcəsi (pul siyasəti faizi olan federal maliyyələşdirmə faizi) dəyişdirilməyərək 1.50 - 1.75 faiz aralığında saxlanıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Analitiklər də Fed-in faizi qaldırmayacağını gözləyirdilər. Gözlənildiyi kimi Fed May toplantısında faiz dərəcələrində dəyişikliyə getmədi.
Fed yaydığı açıqlamada "İnflyasiya 2 faiz hədəfinə yaxındır" - qeyd edib.
Fed, məşğulluqda güclü yüksəliş olduğunu və iqtisadi fəaliyyətlərin mülayim qaldığını bildirib. İqtisadi mənzərənin "ümumilikdə balanslı" olduğu ifadə edilib.
Açıqlamada, Fed rəsmilərinin faiz artırılması yolundan istiqamət dəyişdirdiklərinə dair bir qeyd yoxdur.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Açıqlamada, "İnflyasiya illik müqayisədə Komitənin müəyyənləşdirdiyi 2 faiz hədəfinə orta müddətdə yaxındır. Komitə, iqtisadi şərtlərin Fed-in gələcəkdə edəcəyi mərhələli faiz artımlarını zəmanət altına alacaq şəkildə inkişaf etməsini gözləyir" ifadələrinə yer verilib.
Fed-in rəsmi şəxsləri inflyasiyanın 2 faiz hədəfini keçməsinə icazə verməyə hazır ola bilərlər.
Həmçinin FOMC, Mart ayındakı açıqlamaqda iqtisadi mənzərənin "son aylarda gücləndiyi" şəklindəki ifadəni bu dəfə yığışdıraraq, ilk rübdə iqtisadi artımdakı zəifliyi qeyd edib. Həmçinin Komitə, ilk rübdə müəssisə investisiyalarındakı güclü artımı vurğulayıb.
ABŞ-da iqtisadi artım, ötən ilin son rübündə 3%-in üzərində baş verdikdən sonra, ilin ilk rübündə 2.3%-ə yavaşlamışdır.
Rəsmi şəxslər, iqtisadi mənzərəyə dair qısamüddətli risklərin "demək olar ki, balanslı" olduğuna dair fikirlərini dəyişməyiblər. Bu vəziyyət, Fed rəsmilərinin faizləri yavaş bir şəkildə artırmaq şəklindəki fikirlərini dəyişdirməyə hazır olmadıqlarına işarə edir.
Fed-in açıqlamadakı qiymətləndirmələri, bu il İyun ayındakı toplantıda ikinci dəfə faizləri artıracağına dair gözləntiləri yəqin ki, dəyişməyəcəkdir.
Faizlərin dəyişdirilməyərək 1.50-1.75 faiz aralığında saxlanılması qərarı sıfıra qarşı səkkiz səslə qəbul edilib. Bu FOMC iclasının ardından mətbuat konfransı keçirilmədi.
Fed Mart ayı toplantısında faizləri 25 bənd artıraraq 1,50-1,75 faiz aralığına qaldırmışdı.
Bir çox bazar oyunçusu ilin qalan dövründə Fed-dən daha 2 faiz artımı gözləyir, ancaq 3 dəfə də faiz artımı gözləyənlər var.
Növbəti Fed iclası İyunun 12-13-də keçiriləcək.
Hələlik Dollar qərara kəskin reaksiya verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























