Yeni dizaynı fəlakəti oldu!
Yenilənən dizaynı istifadəçiləri tərəfindən bəyənilməyən "Snapchat"ın gəlirlərində böyük azalma baş verib.
"Marja" xəbər verir ki, ilk rüb nəticələrini açıqlayan "Snapchat", geridə qalan üç aylıq dövrdə 230,66 milyon dollar gəlir əldə edib. Şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54 faiz azalıb, xalis zərəri isə 385,87 milyon dollar olaraq açıqlanıb.
Gəlirlərin azalmasının səbəbi "Snapchat"in yenilədiyi dizaynının istifadəçilər tərəfindən bəyənilməməsidir.
"Snapchat"in 191 milyon aktiv istifadəçisi olduğunu açıqlanıb. Bu rəqəm ötən ilin eyni dövründə 166 milyon idi.
"Snap" şirkətinin direktoru Evan Spiegel, "Snapcha"tin yeniliklər etməyə davam edəcəklərini bildirərək, bir çox istifadəçinin gözləntisin əksinə köhnə dizayna qayıtmayacaqlarını elan edib: "Yeni dizayn bizə bir çox yeni fürsət verdi və "Snapchat"i inkişaf etdirəcək işimizə davam edəcəyik".
"Snap"in strategiya üzrə baş meneceri İmran Khan, yeni dizaynın yaxın perspektivdə böyüməyə mənfi təsirləri olacağını gözlədiklərini, ancaq "Snap"in böyüməyə davam etdiyini deyib.
Şirkətin reklam gəlirləri 102% artım göstərərək, yeni dizaynın reklam verənlər tərəfindən sevildiyini göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 9 d. əvvəl
-
-
30 d. əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Unibank 5 nominasiya üzrə qalib olub
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Ən çox oxunanlar
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
















