Tikdiyini qısa zamanda satdı, yeni binanın inşasına başladı

"Sahil Park" yaşayış kompleksində yeni binanın inşası başladı
Sumqayıt şəhərində H.Əliyev parkının yanında "Kristal Abşeron" şirkəti tərəfindən inşa edilən "Sahil Park" yaşayış kompleksində ötən il inşasına başlanılan yaşayış binası artıq təhvilə hazırlanır. Layihənin yerləşmə yeri, memarlıq cəhətdən digər layihələrdən fərqlənməsi bu mənzillərə olan marağı daha da artırıb. Bunun nəticəsində bina təhvil verilməmiş qısa zamanda mənzillərin böyük hissəsi artıq satılıb.
Özəl dəniz panoramalı ikinci bina
Şirkət müştərilərin müştərilərin istəklərini nəzərə alaraq həmin kompleksin yaxınlığında - Sumqayıt bulvarı ilə Heydər Əliyev parkının ortasında ikinci 7 mərtəbəli binanın inşasına başlayıb. Bina özəl dəniz ponoraması və bütün layihələrdən fərqlənən xüsusi memarlıq üslubu ilə seçiləcək. Bu yaşayış kompleksi məhşur Göyərçin heykəlinin tam arxasında yerləşir.
70%-dək qənaət etmə imkanı verən xüsusi izolyasiyalı binalar
Qeyd edək ki, "Sahil Park" yaşayış kompleksinin tikintisində Ukrayna istehsalı armaturdan istifadə olunur. Binaların pilləkən və dəhlizlərinə mərmər döşənir. Binaların fasadı isti və soyuğu keçirməyən daş yunu ilə izolyasiya olunur. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayacaq. İzolyasiya sistemi həmçinin büdcənizə qənaət etməyə kömək edəcək. Mənzillərin qızdırılması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləriniz aşağı olacaqdır.
Mənzillərdə Avropa istehsalı tikinti materiallarından istifadə olunur
Tavanının hündürlüyü 3.6 metr olacaq mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalı olacaq. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Döşəmələri Macarıstan istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.
Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş soyuq su ilə daimi təmin ediləcək. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətində olacaq!
Tam təmirli mənzilləri 5 illik kreditlə almaq imkanı
Tam təmirli təhvil veriləcək mənzillər müştərilərə 5 illik daxili kredit (tək şəxsiyyət vəsiqəsi) imkanı ilə yanaşı 25 illik ipoteka (iş yerindən arayış tələb olunur) şərtilə ilə də təklif edilir. Mənzil sahiblərinə Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Çıxarış (kupça) təqdim edilir.
Əlaqə: *1544, (018 64) 2 02 00, 050498000
https://www.kristalabsheron.az/az/project/index/30/sahil-park-sumqayit
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
4 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 30 d. əvvəl
-
34 d. əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 1 saat əvvəl
-
1 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
-
2 saat əvvəl
Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq
