Papa törəmə alətləri "qumar" adlandırdı
Katolik dünyasının ruhani lideri Papa Fransisk (Papa Franciscus) maliyyə bazarları haqqında xəbərdarlıqlar edib.
"Marja" xəbər verir ki, Papanın əmri ilə Vatikandan 34 maddəlik bəyanat yayımlanıb. Bəyanatda, maliyyə bazarlarına və qlobal iqtisadiyyata qiymət verilməklə bərabər, bu sahələrdə problemlərin həll yolları üçün təkliflərə yer verilib.
Bəyanatda, başqalarına zərər verən böyük mənfəətlərin və ortaq faydanı pozan fərdi zənginləşmələrin əxlaqi qəbul edilməyəcəyi və əxlaq normalarına zidd olduğu vurğulanıb.
2008 qlobal maliyyə böhranından əvvəl törəmə alətlərin ümumi dəyərinin dünyanın ümumi daxili məhsul istehsalına yaxınlaşdığı bildirilən bəyanatda, üzərində mürəkkəb mexanizmlər tətbiq edilən törəmə alətlərin həqiqi dəyərlərindən uzaqlaşdığı qeyd edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Törəmə alətlərin "qumar" kimi qiymətləndirildiyi və bunların genişlənməsinin spekulyativ "köpüklərin" yaranmasına səbəb olduğu qeyd edilən bəyanatda, bu cür qeyri-etik fəaliyyətlərin (əxlaq qaydalarına uymayan) millətlərə və milyonlarla insana böyük zərər verdiyinə diqqət çəkilib.
Bəyanat mətnində, bazarların və qlobal iqtisadiyyatın etik prinsiplərə malik olması, bu sahədə qaydaların ortaq fayda və insan ləyaqəti istiqamətində yaradılması lazım olduğu da qeyd edilib.
İqtisadiyyatın güclü bir "çarxı" olan bazarların öz özlərini idarə etmədiyi qeyd edilən bəyanatda, iqtisadiyyatın düzgün işləyə bilməsi üçün insan əxlaqı normalarına ehtiyac duyulduğu bildirilib.
Qeyd edək ki, törəmə alətlərin ümumi bazar dəyəri 2008-ci ilin ikinci yarısında 35 trilyon dollara qədər çıxmış, keçən ilin sonunda 11 trilyon dollara geriləmişdi.
Katolik Kilsəsi dünya üzrə təxminən 1,2 milyard insanı təmsil edir.
Törəmə maliyyə alətləri hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində valyuta, qiymətli kağız, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski və s. çıxış edə bilər. Valyuta əsaslı törəmə malliyyə aləti Forex-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
8 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)




.jpg)






