"Türk Lirəsində iş-işdən keçib"
Türkiyədə ABŞ dolları 4.92 lirə, Avro isə 5.76 lirə ilə yeni rekord səviyyələrə yüksəlib. Mütəxəssislər Mərkəzi Bankdan gözləntilərini dilə gətiriblər.
"Marja" xəbər verir ki, mütəxəssislər Mərkəzi Bankın tezliklə addım atması lazım olduğunu, addım atılmasa Lirənin dəyərdən düşməsinin davam edəcəyini bildirirlər.
"OYUN PLANI ORTAYA QOYMALIDIR"
"Sparta&Co"nun qurucu ortağı Taner Özarslan "Bloomberg"ə verdiyi müsahibədə Mərkəzi Bankın iclas tarixini elan etməsinin kursu yuxarı qaldırdığını, Bankın oyun planını ortaya qoyması lazım olduğunu söyləyib.
Özarslan, "dünənki yuxarı hərəkətin bir qismi Asiyadan qaynaqlanıb, amma bu gün də yüksəlişin davamı oldu. Bütün dunyadaki fondlar zərər etdikdən sonra stop etmək məcburiyyətində qalırlar. Burada investorlar Mərkəzi Bankın pul siyasətində müstəqilliyini nümayiş etdirməsini gözləyirlər.
Amma 7 iyuna çox vaxt var, o vaxta qədər ya şifahi müdaxilə və ya oyun planı ortaya qoymalıdır.
Məzənnənin yüksəlməsi Türkiyədəki bir çox şirkət və sərmayəçiyə mənfi təsir göstərir. Valyuta ödəməsi olan şirkətlər var, məzənnənin aşağı düşməsi də çox təsir yaratmır, çünki ödəmələri bu günkü səviyyələrdən edən şirkətlər olur. Bu səbəbdən mütləq vəziyyətə müdaxilə edilməlidir. Mərkəzi Bank faiz artıra, hərraclar keçirə bilər. Məcburi ehtiyat norması aşağı salına bilər. Oyuna kimsənin müdaxilə etməməsilə xaricilərdə panika daha da artır"- deyib.
Türk Lirəsi ilin bəvvəlindən bu yana 20%-dən artıq dəyərdən düşüb.
"BU İŞ MƏRKƏZ BANKLIQ DEYİL"
"Özyeğin" Universitetinin müəllimi və "Actus" Portfel Araşdırma şirkətinin direktoru Gizem Öztok Altınsaç "Artıq bu iş Mərkəzi Banklıq deyil. İş işdən keçib. İqtisadiyyat rəhbərliyindən bir izahat verilməsi lazımdır. Yoxsa bu vəziyyət dönüb dolaşıb real sektorumuzu və ölkə iqtisadiyyatımızı vuracaq" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























