Unibank-dan xüsusi üstünlükləri olan istehsal krediti - ŞƏRTLƏR
Unibank ölkəmizdə biznesin inkişafına dəstək verən daha bir kredit məhsulunu təqdim edir. Yeni biznes krediti sırf istehsalçılar üçündür.
İstehsalçıların sərfəli maliyyə vəsaitinə tələbatını qarşılamağı nəzərdə tutan “İstehsal krediti”, endirimli faiz dərəcəsi, güzəştli dövrü, individual ödəniş qrafikli və daşınar əmlak (avadanlıq) girovluğunu mümkün edən üstünlüklərə malikdir.
“Unibank” KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev bildirib ki, yeni məhsul ölkəmizdə istehsalla məşğul olan sahibkarların tələbatına uyğunlaşdırılıb:
“”İstehsal krediti” milli istehsalın inkişafına daha yaxından dəstək məqsədilə hazırlanıb. Kreditin faizinin mövcud standart faiz dərəcələrindən daha aşağı olması, sahibkara götürdüyü vəsaiti bir neçə ay sonradan başlayaraq ödəmək imkanının yaradılması, məhsulun üstün tərəflərindəndir. Girov olaraq yalnız daşınmaz əmlakın deyil, daşınar əmlakın, yəni avadanlıqların da qəbulu istehsalçılar üçün krediti daha əlçatan edir. Xüsusi vurğulanmalı bir məqam da, ödəniş qrafikinə individual yanaşmadır. Bu halda bank tərəfindən istehsalçıya gəlirinə uyğun xüsusi ödəniş qrafikini seçmək imkanı yaradılır”.
İstehsal kreditinin şərtləri:
-Məbləğ: minimum 50.000 AZN-dən başlayır;
-Kreditin müddəti: 3 ilədək;
-3 ayadək güzəşt müddətli;
-Müştərinin ödəniş qrafikinə individual yanaşma (qrafikin 5 ilədək uzadılma imkanı);
-Daşınmaz əmlakla yanaşı, daşınar əmlak (avadanlıq) girovunun mümkünlüyü;
-İstehsal kreditləri VÖEN sahibi olan sahibkarlara verilir.
Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
-Sərfəli tariflər;
-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
-Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
-Sənəd dövriyyəsinin minimuma endirilməsi;
-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
43 d. sonra
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
























