Avronu bahalaşdıran xəbər
Avro Dollar qarşısında bahalaşaraq yenidən 1.18 səviyyəsinə yaxınlaşıb. "Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) gələn həftəki toplantısında istiqraz alışı proqramını nə vaxt başa çatdırmağı müzakirə edəcəyi barədə xəbər Avronun bahalaşmasına səbəb olub.
AMB-nin Baş iqtisadçısı Piter Praet, "Gələn həftə istiqraz alışlarının nə vaxt başa çatdırılacağı müzakirə ediləcək",- deyib. Praetin bu açıqlaması Avronu dəstəkləyib.
Almaniya Mərkəzi Bankının sədri Jens Weidmann da "Mərkəzi Bankın bu il istiqraz alışlarını sona çatdırması ağlabatan görünür",- deyib.
Weidmann, bir müddətdir bazar iştirakçılarının 2018-ci il başa çatmadan monetar təşviqin bitməsini gözlədiyini vurğulayıb.
Bu dəqiqələrdə Avro/Dollar məzənnəsi 1.1791 səviyyəsindədir.
Avropa Mərkəzi Bankı hər ay 30 milyard avroluq istiqraz alaraq dövriyyəyə likvidlik təmin edir. İstiqraz alışlarının başa çatdırılması pul siyasətinin sərtləşdirilməsi deməkdir. Növbəti addım Avropa Mərkəzi bankının faizləri qaldırması ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























