İş adamlarına özəl yeni kart
Bank sektorunun innovatoru, pərakəndə bankçılıq sahəsinin uzun illər lideri kimi mövqeyini qoruyub saxlayan Bank of Baku korporativ bankçılıq sahəsində də bazarın lideri olmağa iddialıdır. Korporativ müştəriləri üçün məhsul və xidmət şəbəkəsini genişləndirən Bank iş adamlarına özəl yeni İŞKART – biznes kart məhsulunu təqdim edir.
İŞKART NƏDİR VƏ KİM İŞKART ƏLDƏ EDƏ BİLƏR?
İŞKART – Bank of Baku-nun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə təqdim etdiyi VÖEN hesabına bağlı Debet MasterCard kartıdır. Kartı sahibkarlıq fəaliyyəti ilə məşğul olan həm fiziki, həm də hüquqi şəxslər, eləcə də VÖEN hesabına malik vergi ödəyicisi olan istənilən şəxs əldə edə bilər.
İŞKART SAHİBLƏRİNƏ ƏSAS HANSI ÜSTÜNLÜKLƏRİ QAZANDIRACAQ?
-Onlayn ödənişlər etmə imkanına sahib olacaq
-Gömrük və digər rüsumları POS terminalla ödəmə imkanı əldə edəcək
-Nağdsız ödənişlərdə 0.5% nağdlaşdırma komissiyasından və 1% vergidən azad olunacaq
-24/7 ATM-dən və POS terminaldan nağdlaşdırma edə biləcək
-Güzəştli nağdlaşdırma tarifindən faydalanacaq
-AZN/USD/EUR hesablara bağlı kart alacaq
Bu və bir çox digər üstünlükləri özündə birləşdirən İŞKART – biznes kart məhsulunu korporativ müştərilər AZN/USD/EUR valyutasında 12 və ya 24 ay müddətinə əldə edə bilərlər. Bank of Baku-nun digər debet kartlarında olduğu kimi, İŞKART balansını kart sahibləri Bankın “Cash-in” ödəniş terminalı, MilliÖn və E-manat terminalları vasitəsilə cəmi 5 saniyə ərzində artırmaq imkanına malikdirlər.
Bank of Baku-nun “Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi Departamenti”nin direktoru Anar Abbasov: “adından da göründüyü kimi İŞKART məhz iş adamlarının – kiçik və orta sahibkarların, VÖEN hesabı ilə fəaliyyət göstərən fiziki şəxslərin işini asanlaşdıracaq biznes kartıdır. Əminliyimizi bildirmək istərdim ki, bu kart çox qısa müddət ərzində hər bir iş adamının arzuladığı kart olmaqla bazarın liderinə çevrilə biləcək. İŞKART-ın özəllikləri, sahibinə qazandırdığı üstünlükləri və gələcəkdə tətbiqini nəzərdə tutduğumuz yenilikləri bunu deməyə bizə tam əsas verir. Hal-hazırda mövcud üstünlüklərindən sahibinə qat-qat daha böyük imkanlar qazandıracaq İŞKART-ın çoxfunksiyalı məhsul olması istiqamətində xüsusi işlər görülür. Yaxın zamanlarda, korporativ müştərilərimizi həm İŞKART, həm də digər məhsullarımızdakı yeniliklərimizlə sevindirməyi düşünürük” deyə qeyd edib.
Daha ətraflı:
145 məlumat mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
15 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
32 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır




























