Azərbaycan aktuariləri beynəlxalq konqresdə iştirak ediblər
Azərbaycan aktuariləri 03-08 iyun 2018-ci il tarixində Almaniyanın Berlin şəhərində Beynəlxalq Aktuarilər Assosiasiyası tərəfindən 4 ildə bir dəfə təşkil edilən Aktuarilərin Beynəlxalq Konqresi "International Congress of Actuaries 2018 in Germany (ICA 2018)"də iştirak etmişlər.
Dörd ildə bir dəfə təşkil olunan Konqresdə ayrı-ayrı ölkələrdən 3000-dək, o cümlədən Azərbaycandan 9 aktuari (Maliyyə Nazirliyindən 2 nəfər, sığorta şirkətlərindən 6 nəfər, Cass Business School (London) 1 nəfər olmaqla) iştirak etmişdir.
Konqresi Almaniyanın Maliyyə Naziri giriş nitqi ilə açmış, sonra isə maliyyə və aktuari sahəsində dünya üzrə nüfuzlu şəxslər çıxışlar etmişlər.
Eyni vaxtda 10-dan artıq komitə və alt komitələr üzrə keçirilən haqqında bəhs edilən beynəlxalq tədbirdə uyğun mövzular üzrə aktuari sahəsində müasir inkişaf tendensiyasını özündə ehtiva edən mühazirələr oxunmuşdur.
Həmçinin beynəlxalq tədbir müxtəlif ölkələrin aktuariləri ilə təcrübə mübadilələrinin də aparılmasına imkan yaratmışdır. Nəticədə ölkəmizdə Azərbaycan Aktuarlar Assosiasiyasının işinin yenidən formalaşdırılaraq təşkili və Azərbaycan aktuarilərinin bilik və bacarıqlarının artırılması istiqamətlərinin öyrənilməsi məqsədilə aktuarilərimiz avqust ayında İran İslam Respublikasında, sentyabr ayında Rusiya Federasiyasında keçiriləcək konfranslara, həmçinin 2019-cu ildə Avropa Aktuarilərinin 3-cü konqresində iştirak üçün dəvət edilmişlər. Bununla yanaşı, Avropa Aktuarilər Akademiyasının və Beynəlxalq Aktuarilər Assosiasiyasının ölkəmizdə tədbirlər təşkil etməsi üçün razılıqları alınmışdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Məlum olduğu kimi, Azərbaycan Maliyyə Nazirliyi tərəfindən aktuar hesablamaların aparılması sahəsində görülmüş davamlı işlər nəticəsində aktuari fəaliyyətinin əsası qoyulmuş, eyni zamanda Azərbaycan Aktuarlar Assosiasiyası təsis edilmişdir. Həmin Assosiasiya Beynəlxalq Aktuarlar Assosiasiyasının üzvü olmuş, yüzlərlə istedadlı riyaziyyatçı və iqtisadçı gənclər üçün onlarla uzunmüddətli aktuari kursları və müxtəlif əlaqəli tədbirlər keçirərək ölkədə 50-dən artıq peşəkar aktuarini yetişməsinə nail olmuşdur. Həmin aktuarilən bir qismi indi Amerikada, Kanadada, İngiltərədə, Almaniyada öz peşəsin inkişaf etdirməklə fəaliyyət göstərir, bir qismi də ölkədə müxtəlif sığortaçılarda rəhbər vəzifələrdə, dövlət orqanlarında işləyərək risklərin idarəedilməsi üzrə peşəkar xidmətlər göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 38 d. əvvəl
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
16 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
17 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)



