Gündəlik neft tələbi 100 milyon bareli keçəcək - YENİ PROQNOZLAR
Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı mayda əvvəlki aya nisbətən gündəlik 50 min barrel artaraq 31 milyon 690 min barel olub.
Xam neft xaricindəki digər OPEC hasilatı isə sutkada 6 milyon 930 min barrel təşkil edib. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 38 milyon 620 min barel səviyyəsində reallaşıb.
Mayda OPEC daxilində hasilatında gündəlik ən çox azalma Nigeriya və Venesuelada baş verib. Nigeriyada gündəlik neft hasilatı təxminən 120 min geriləyərək 1 milyon 470 min barrelə enib. Venesuelada isə gündəlik neft hasilatı təxminən 50 min barel düşərək 1 milyon 410 min barel olub.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Keçən ay OPEC daxilində Səudiyyə Ərəbistanı və İraq gündəlik neft hasilatını artırıb. Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 100 min barrel artıraraq 10 milyon 20 min barelə, İraq da gündəlik neft hasilatını 60 min barel artıraraq 4 milyon 470 min barrelə çqaldırıb.
Bundan başqa, qlobal neft hasilatı mayda əvvəlki ayla müqayisədə 276 min barel artımla gündəlik 98 milyon 700 min barel səviyyəsinə çatıb.
QLOBAL NEFT TƏLƏBİ
İEA-nın proqnozlarına görə, 2018-də qlobal neft tələbi gündəlik orta hesabla 99 milyon 100 min barrel təşkil edəcək, 2019-cu il üçün qlobal neft tələbinin isə gündəlik 100 milyon 560 min barrel olacağı proqnozlaşdırılır.
Tələbin 34 milyon 600 min bareli Asiya Sakit Okean ölkələrindən, 31 milyon 700 min bareli Amerika qitəsindən və 15 milyon 200 min bareli Avropadan olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 15 d. əvvəl
-
- 21 d. əvvəl
-
54 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb





.jpg)








.jpg)






