Türk Lirəsi Ərdoğanın rəqiblərini "nakaud" etməsilə bahalaşır - YENİLƏNİB

Türkiyədə Prezident seçkisində 52.55% ilə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi xəbərinə bazarlar da reaksiya göstərib. Lirə təxminən 3% bahalaşıb.
"Marja" xəbər verir ki, həftənin ilk iş günündə Dollar/Türk Lirəsi məzənnəsi 2,9 % düşüb. Saat 10:25-də məzənnə 4.5450 səviyyəsində olub. Hazırda da Lirəsinin bahalaşması, Dolların ucuzlaşması davam edir.
Ötən həftə məzənnə 4.6771 səviyyəsindən bağlanmışdı.
Avro/TL məzənnəsi də 3% düşərək 5,2919 səviyyəsinə geriləyib.
Birja İstanbulun BİST 100 İndeksi ötən həftənin son iş günü 0,84% qalxaraq 95,852 səviyyəsindən bağlanmışdı. Birja açıldıqdan sonra da indeksin yüksələcəyi gölənilir. BIST 100 indeksi Birja İstanbulda ticarət olunan, bazar dəyəri və əməliyyat həcmi ən yüksək 100 şirkətin səhmlərinin ortaq performansının ölçülməsi məqsədilə yaradılmışdır.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Rəsmi olmayan nəticələrə görə, Prezident namizədlərinin yığdığı səslər (saat 07:47-yə olan məlumat)
Recep Tayyip Erdoğan: 52,55%
Muharrem İnce: 30,67%
Meral Akşener: 8,36%
Selahattin Demirtaş: 7,33%
Temel Karamollaoğlu: 0,89 %
Doğu Perinçek: 0,20%
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
13 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
13 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
14 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 14 saat əvvəl
-
14 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
15 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 15 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
