Qlobal ticarətdə yeni təhdid - NEFT MÜHARİBƏSİ
ABŞ Prezidenti Donald Tramp, qlobal ticarət müharibəsində yeni bir cəbhə açır. Çin, Avropa İttifaqı və digər ölkələrdən idxal edilən bəzi məhsullara əlavə gömrük vergisi tətbiq edən Tramp, İranın gəlir mənbələrini kəsmək üçün də hərəkətə keçib. ABŞ müttəfiq ölkələrdən İrandan neft idxalını dayandırıb ona dəstək vermələrini istəyir.
"Marja"nın məlumatına görə, Çin və Avropa Birliyi başda olmaqla bir çox ölkə ilə ticarət müharibəsinə girən ABŞ Prezidenti Donald Tramp, digər cəbhədə də İranla neft müharibəsinə başlayır. Nüvə müqaviləsindən çıxan, Tehranın gəlir qaynaqlarını kəsməyə çalışan Trampın yaxın ölkələrdən 4 Noyabra qədər İrandan neft idxalını dayandırmağa çağırıb. ABŞ Xarici İşlər Nazirliyindən bir səlahiyyətli "Reuters"ə Vaşinqtonun bir çox ölkədən İrandan neft idxalını dayandırmasını tələb etdiyini bildirib. Əks halda bu ölklərin şirkətlərinə saksiyalar tətbiq ediləcək.
"SIFIRA DÜŞMƏSİNİ İSTƏYİRİK"
Altı ölkə ilə İran arasında 2015-ci ilin İyul ayında imzalanmış nüvə müqaviləsindən may ayında çıxan Tramp, təxirə salınmış iqtisadi sanksiyaların yenidən tətbiq edilməsi göstərişini vermişdir. Sanksiyalar 4 Noyabrdan başlayacaq. Jurnalistlərə açıqlama verən ABŞ rəsmisi, müttəfiqlərin İrandan etdikləri neft idxalını o vaxta qədər sıfırlamalarını hədəflədiklərini bildirərək, "İranın gəlir axınlarını təcrid edəcəyik və regiondakı natəmiz rolunu ifşa edəcəyik" deyib.
Rəsmi, ABŞ-dan bir heyətin Yaxın Şərqə hərəkət edərək Ərəb ölkələrindən, İranda azalacaq hasilatın əvəzi üçün hasilatlarını artırmalarını istəyəcəyini qeyd edib. Səudiyyə Ərəbistanında neft sektoruna yaxın mənbələrə görə, ölkə iyulda istehsalını tarixin ən yüksək səviyyəsinə çıxarmağı planlaşdırır.
ASİYA ÖLKƏLƏRİ İSTİSNA İSTƏYİR
Rəsmi, ABŞ-ın, İrandan neft idxal edən əsas ölkələr Çin, Hindistan, Türkiyə və İraqla məsələni hələ müzakirə etmədiklərini, ancaq müzakirə ediləcəyini deyib. Türkiyə neft ehtiyacının yarısını İrandan ödəyir. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən böyük üçüncü istehsalçısı olan İranın mühüm Asiyalı müştəriləri siyahısında Hindistan, Çin, Cənubi Koreya və Yaponiya yer alır. Yaponiya və Cənubi Koreya İrandan neft alışında özlərinə istisna tanınması üçün ABŞ ilə danışıqlara başlayıb. Yaponiyanın hökumət sözçüsü Yoshihide Suga, eyni zamanda, İranla da danışıqlar apardıqlarını deyib. Yaponiyanın Baş naziri Shinzo Abe və ABŞ Prezidenti Donald Tramp ən son İyunun 7-də Ağ Evdə görüşmüşdü. Yaponiya və Cənubi Koreya İrandan gündə 200 min barel neft alır.
NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB
ABŞ-ın İranın gəlir axınını kəsmək həmləsindən sonra ABŞ xam neftinin barrelinin qiyməti 73 dollara, Brent neftinin qiyməti isə 78 dollara qalxıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
4 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)





.jpg)



.jpg)







