Azərbaycanı təəccübləndirəcək turizm yeniliyi
Son zamanlar ölkəmizə gələn turistlərin sayının artması turizm bazarında ciddi rəqabətə təkan verib. Lakin bu da həqiqətdir ki, qonaqlar tez-tez xoşagəlməz hallarla üzləşirlər. Onların istədikləri məkana çatmasında və rahatlıqlarının təmin edilməsində müəyyən problemlər mövcuddur.
Bu sahədə xidmət səviyyəsinin aşağı olması, qiymətlərin süni şişirdilməsi, ayrı-ayrı taksi sürücüləri və ya taksi xidmətləri göstərən şirkətlərin əməkdaşları tərəfindən aldadılma halları, təhlükəsizlik qaydalarının pozulması kimi faktlar nəticə etibarilə turizm sektorunun imicinə mənfi təsir göstərir.
Məhz bu səbəblərə görə işini peşəkar səviyyədə quran, kompleks və konseptual xidmətlər göstərən şirkətin - internet resursunun yaradılması qaçılmaz idi. “LetsGo” şirkəti bu boşluğu doldurmaq üçün Azərbaycanın turizm bazarında bir yeniliyi – www.lets-go.travel resursunu təqdim etdi!
Yerli qanunlara və ən müasir dünya standartlarına əsaslanmaqla turizm sahəsində nəqliyyat və tur xidmətlərini bazara çıxaran şirkət müştərilərə 3 istiqamətdə seçim təklif edir:
-Transfer (hava limanından otelə və s.)
-Sürücü xidməti (saatlıq və günlük)
-Turlar (ölkədaxili)
“LetsGo” internet resursu Azərbaycanda ilk belə təşəbbüslə çıxış edən rəqibsiz bir brenddir. Saytın özəlliyi göstərdiyi xidmətlə bağlı daxil olan sifarişlərin icrasını və ödəmə prosesini digital olaraq reallaşdırmasıdır. Beləliklə, müştərinin xidmətdən faydalanması üçün zəng etməsinə belə gərək qalmır.
“LetsGo”-nun digər üstün cəhətlərinə daxildir:
-Fərdi qəza sığortası
-Təlimatlı peşəkar sürücülər
-Lisenziyalı bələdçilər
-WiFi ilə təchiz olunmuş yeni nəqliyyat vasitələri
-Avtomobillərdə sərinləşdirici içki və meyvə ilə təminat
-Pulsuz ləğvetmə və dəyişmə imkanı
-24/7 dəstək (telefon, onlayn çat, e-mail)
-Müştərilərə xüsusi endirimlər və bonuslar
Şirkət ölkəmizdə yerləşən otellər və turizm agentlikləriylə uğurlu tərəfdaşlıq üçün geniş imkanlara malikdir. Hər bir şirkət “LetsGo” ilə tərəfdaşlıq etməklə şəxsi kabinetə, sifariş tarixçəsinə, analitik məlumatlara, komissiya gəlirləri barədə ətraflı və tam şəffaf məlumatlara sahib olur.
Ödənişləri onlayn, pos-terminalla və ya nağd yolla asan şəkildə həyata keçirmək mümkündür. Yaradılmış onlayn resursun rahatlığı brendi nəinki korporativ tərəfdaşlar, istənilən şəxs üçün də əlçatan və arzuolunan edir.
İlk öncə müştəri məmnuniyyətini düşünən, peşəkarlığı, yüksək keyfiyyəti ilə seçilən www.lets-go.travel rahat və etibarlı xidmətin ünvanıdır!
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
42 d. əvvəl
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
- 48 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
16 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı
BİRMARKET-də ŞOOOK Cümə!
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Fabrik avadanlıqları satışa çıxarılıb
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq















.jpg)




.jpg)



