Daha bir qlobal bank Dolların 5 TL-ni aşacağını gözləyir
Böyük Britaniya bankı "Barclays"a görə, Dollar/TL (Türk Lirəsi) məzənnəsi bu ilin son rübündə 5 səviyyəsini görəcək (Dollar 5 Türk Lirəsinə qalxacaq).
"Marja" xəbər verir ki, "Barclays", bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsinin 4,95 səviyyəsində olacağını proqnozlaşdırıb. Bankın proqnozlarına görə, ilin sonunda isə Dollar/TL 5,10 səviyyəsində olacaq.
Bank, Dollar/TL məzənnəsinin 2019-cu ilin ilk iki rübündə də yüksələcəyi fikirindədir. Gələn ilin ilk rübünün sonunda məzənnənin 5,15 olacağını proqnozlaşdıran bank, ilin ikinci rübünün sonunda isə Dollar/TL-nin 5,25 səviyyəsinə qalxacağını təxmin edib.
Ötən həftənin Cümə günü Dollar/TL 4,9743 ilə rekord yeniləyib.
ABŞ BANKI DA 5 SƏVİYYƏSİNİ AŞACAĞINI PROQNOZLAŞADIRIR
ABŞ-ın investisiya bankı "Morgan Stanley" ilin son rübündə Dollar/TL (Türk lirəsi) məzənnəsinin 5 səviyyəsini aşacağını nəzərdə tutur.
Türkiyədəki seçkilərdən sonra ilk Dollar/TL proqnozlarını açıqlayan bankın proqnozlarına görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,90 səviyyəsində olacaq. Bankın qiymətləndirmələrinə görə, ilin 4-cü rübünün sonunda isə Dollar/TL 5,05 lirə olacaq. Bank bu proqnozları ilə seçkilərdən sonra Dollar/TL proqnozları açıqlayan qurumlar arasında 5 səviyyəsini ilk tələffüz edən qurum olub.
Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Dollar/TL məzənnəsi mərhələli olaraq geri çəkiləcək. Bank 2019-ci ilin ilk rübünün sonunda məzənnəni 5 səviyyəsində, ilin ikinci rübündə isə 4,85 səviyyəsində reallaşmasını gözləyir. 2019-cu ilin sonunda isə bank yenidən 5 səviyyəsini nəzərdə tutur.
ALMANİYA BANKI DA 5 SƏVİYYƏSİNİ GÖZLƏYİR
Almaniya bank "Commerzbank" seçkilərdən sonra yaydığı ilk Dollar/TL proqnozlarında məzənnənin mərhələli olaraq yüksələcəyini proqnozlaşdırıb.
Bankın təxminlərə görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,60 səviyyəsində olacaq. İlin son rübündə isə məzənnə 4,70 səviyyəsinə qalxacaq.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bank 2019-ci ildə də məzənnənin mərhələli yüksəlişinin davam etməsini təxmin edir. Növbəti ilin ilk rübünün sonunda məzənnə 4,75 səviyyəsinə qalxacaq, ikinci rübün sonunda isə məzənnə 4,85 səviyyəsində olacaq. Bank 2019-cu ilin sonunda isə dolların 5 lirəyə qalxacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





