Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Dərmanlar tapılmır” deyənlərə cavab

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dərmanlar tapılmır” deyənlərə cavab
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Digər apteklərdə həmin dərmanlar var".

 

“Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır. Bununla bağlı operativ şəkildə reaksiya verilir”.

 

Bunu İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında baş nazirin müavini Əli Əhmədov deyib. 

 

O bildirib ki, dərman Azərbaycana əsasən idxal olunur: 

 

“Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanmasını istəyirik. O vaxta qədər idxalla hesablaşmalı olacağıq. Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahidə olunur. Amma kritik vəziyyət yoxdur, operativ şəkildə buna reaksiya verilir. Dərman bazarının lazımi dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır”.

 

Baş nazirin müavini qeyd edib ki, dərman idxal edən şirkətlərin normal fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görülür: 

 

“Güman edirəm ki, hər hansı aptek təşkilatında bu və ya digər dərman vasitəsinin tapılması ilə bağlı çətinlik varsa, bu, bütövlükdə həmin dərman vasitələrinin Azərbaycanda olmaması qənaətinə gəlməyə əsas vermir. Digər apteklərdə həmin dərmanlar var. Ancaq bu gündən siqnal əsasında bir daha hansı dərman çatışmırsa, həmin məsələ ilə məşğul olmağa başlayacağıq”

 

© APA

08.02.2017 12:31
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

SON XƏBƏRLƏR