Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR istiqrazlarının təkrar bazarında market-meyker fəaliyyətini həyata keçirən PSG kapital şirkəti yanvar ayının nəticələrini açıqlayıb. Şirkətdən verilən məlumatlardan aydın olur ki, istiqrazlara yalnız yeni müştərilərin marağı artmayıb. İndiyədək istiqraz sahibi olanlar da yenidən qiymətli kağızlar əldə etməyə başlayıblar.

 

Reklam_3_11

SOCAR istiqrazlarının dörviyyəyə buraxılmasından keçən 3 ay ərzində hər iki istiqrazdan biri təkrar bazarda alınıb-satılıb. Belə ki, bu müddətdə SOCAR istiqrazları üzrə təkrar bazarda 50 milyon dollardan artıq alqı-satqı həyata keçirilib.

 

Təkcə yanvar ayında 16,5 milyon dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə  82 əqd bağlanıb. SOCAR istiqrazlarının ticarətində marketmeyker fəaliyyətini həyata keçirən “PSG Kapital İnvestisiya Şirkəti”nin məlumatına görə, istiqraz alanların 72%-nı yeni müştərilər təşkil edib. 28% insanlar isə artıq istiqrazı olanlardır ki, onlar yeni kağızlar əldə ediblər.

 

PSG kapital şirkətinin Nümayəndəsi İkram Səfərəliyev bildirir ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişindən sonra istiqrazlara müştərilərin marağı daha da artıb. Xatırladaq ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi yanvarın 17-də aş tutub və istiqraz sahiblərinə ümumilikdıə 1,25 milyon dollarlıq vəsait ödənilib. «İlk faiz ödənişlərindən sonra istiqrazlara maraq daha da artıb. Xüsusilə fiziki şəxslərin istiqrazlara marağı daha da artıb. Ümumilikdə bu il ərzində 16,5 milyon dollar həcmində alqı-satqı əməliyyatı baş tutub».

 

Yanvarda istiqraz almaq istəyən əcnəbilərin sayında da artım müşahidə olunub. SOCAR istiqrazlarının təkrar bazarında əsasən Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan vətəndaşları aktivlik göstəriblər.

 

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Təkrar bazarda SOCAR istiqrazlarının market-meykeri olaraq «PSG Capital» şirkəti çıxış edir.

 

Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib.

 

09.02.2017 06:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

SON XƏBƏRLƏR