"Vektor" artıq MilliÖndə
(®) Müştərilərə təqdim etdiyi xidmət kanallarının inkişafına daim önəm verən Bank Respublikadaha bir yenilik etdi.
Artıq ölkədaxili pul köçürmələri etmək istəyənlər Azərbaycanın 3000-dən çox nöqtəsində yerləşən Milli Ön ödəmə terminallarında “Vektor” pulköçürmə sistemindən yararlana biləcəklər.
Köçürmə əməliyyatını yerinə yetirmək üçün MilliÖN terminalının ekranında “Banklar və Sığorta” - “Bank Respublika” bölməsinə daxil olub “Vektor” sistemi seçilir. Bu bölmədə mobil nömrənizi daxil edib bank adından gələn SMS kodunu növbəti xanaya daxil etmək lazımdır. Sonrakı mərhələdə isə pul köçürmənin alıcısının S.A.A. göstərib vəsaiti MilliÖN terminalına daxil etmək kifayətdir.
Pulköçürmə əməliyyatı yerinə yetirildikdən sonra müştəriyə ID nömrəli çek verilir. Həmin nömrəni təqdim etdikdə, Bank Respublika-nın uyğun filialından göndərilən vəsaiti almaq mümkündür.
Müştərilər MilliÖn terminalları vasitəsilə vəsaiti həm nağd almaq məqsədilə, həmçinin “Vektor” bank kartına “Vektor” təcili pulköçürmə sistemi ilə əməliyyatlarını apara bilərlər.MilliÖn terminalları vasitəsilə “Vektor” kartına pul köçürmək üçün, pulu alanın şəxsiyyət vəsiqəsinin nömrəsi və kartın son 4 rəqəmini qeyd etmək tələb olunur.
Vektor sistemi üzrə pulköçürmə əməliyyatları yalnız ölkə üzrə milli valyutada aparılır. Maksimal məbləğ 3000 manat təşkil edir. “Vektor” Kartını rəsmi internetsəhifəsində www.bankrespublika.az həmçinin bankın istənilən filialında sifariş etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
17 saat əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
17 saat əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
17 saat əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
18 saat əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
18 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
19 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq





















