Dollar 7 Türk Lirəsini də keçdi - YENİ REKORD
Türk Lirəsi bu gün də Dollar qarşısında ucuzlaşır.
"Marja" xəbər verir ki, Dollar/Türk Lirəsi məzənnəsi 7,1326 səviyyəsini görərək rekord qırıb.
Ötən Cümə günü 20% ucuzlaşmış Türk lirəsi, bu səhər 10% də dəyər itirib.
Sərbəst bazarda Dolların qiyməti 7.22 lirəyə qalxıb.
1 Avro isə 8 Lirə səviyyəsini keçib.
Qeyd edək ki, bir çox iqtisadçılar bu il Dolların 7 Türk lirəsini keçəcəyini və Türkiyə iqtisadiyyatının çətin günlərinin başlayacağını proqnozlaşdırırdılar.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Türkiyə və ABŞ münasibətlərində böhran yaşanır. ABŞ, Türkiyədə cəsusluqda günahlandırılan keşiş Endryu Brunsonun azad buraxılmasını tələb edir və bu səbəbdən Türkiyənin 2 nazirinə sanksiya tətbiq edib.
Cümə günü ABŞ Prezidenti Trampın Türkiyədən idxal edilən alüminium və polada vergi nisbətlərini 2 dəfə artıracaqlarını açıqladı. Bununla bərabər, ABŞ-ın Türkiyə ilə münasibətlərinin yaxşı olmadığını qeyd etdi. Trampın açıqlaması ilə məzənnə rekord səviyyələrə yüksəldi.
Türkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğan təslim olmayacqlarını bildirib.
"Siz dollarla üzərimizə gəlsəniz, biz də başqa yollarla işlərimizi aparmağın yollarını axtaracağıq. 81 milyonluq bir ölkə ilə strateji tərəfdaşlığını, müttəfiqliyini terror təşkilatları ilə əlaqələri uğrunda fəda edənə "Haydı, hələlik deyirik. Bütün dünyaya ticarət savaşı elan edən və buna ölkəmizi də daxil edənə cavabımızı yeni bazarlara, yeni iş birliklərinə, yeni ittifaqlara yönələrək verəcəyik",- deyib.
Ərdoğan: Valyuta hücumlarına baxmayaraq böyüyəcəyik
"Türkiyə iqtisadiyyatı 2017-ci ildə 7,4 böyüdü. Xüsusən, ölkəmizə valyuta məzənnəsi üzərindən edilən hücumlara baxmayaraq, böyüməyə davam edəcəyik. 2018-i rekord səviyyədə böyümə ilə (iqtisadi artım ilə) tamamlayacağıq. Heç kimin bizi hədəflərimizdən saxlamasına, məqsədlərimizlə aramıza girməsinə icazə verməyəcəyik".
İqtisadçılar bildirirlər ki, qlobal bazarlar Ərdoğanın açıqlamasına və vədlərinə inanmırlar. Pisləşən münasibətlər xarici investorları hürküdür.
GECƏYARISI AÇIQLAMA
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, gecə yarısı sosial media saytı "Twitter" hesabından etdiyi açıqlamada, məzənnənin yüksəlməsinə dair hərəkət planının tətbiq olunmağa başladığını bildirib. Albayrak, vətəndaşların xarici valyutadakı əmanətlərinə əl qoyulacağı və ya TL-yə çevriləcəyinə dair çıxan iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb. O, əmanət hesablarına əl qoyulacaq şəklində dedi-qodu çıxaranlar haqqında qanuni tədbirlər görüləcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
























