6 bankın Mərkəzi Bankda 50 milyon manatdan çox vəsaiti var
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 17-si bu il iyulun 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 7-də müsbət, 10-da isə mənfi dinamika müşahidə edilib.
Son 1 ildə Mərkəzi Bankdakı vəsaitlərini ən çox artıran banklar "Muğan Bank" (6 dəfə) və "Bank Silk Vey"dir (2,7 dəfə). Bu baxımdan ən aşağı dinamika isə "Kapital Bank"da (9,9%) qeydə alınıb.
İl ərzində Mərkəzi Bankdakı vəsaitləri azalmış 10 bank arasında ən kəskin azalma "Yapı Kredi Bank Azərbaycan"da (75,7%), ən yumşaq azalma isə "Nikoyl Bank"da (3,1%) baş verib.
Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank" və "Turan Bank"dır.
6 bankın Mərkəzi Bankdakı vəsaitləri 50 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 17-si bu il iyulun 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 6-da sözügedən göstərici 50 milyon manatdan çoxdur.
Bunlar "Kapital Bank" (610,859 milyon manat), "Naxçıvan Bank" (63,721 milyon manat), "Unibank" (62,519 milyon manat), "Nikoyl Bank" (56,973 milyon manat), "Access Bank" (52,476 milyon manat) və "Xalq Bank"dır (50,874 milyon manat).
Qalan 11 bankdan 7-nin Mərkəzi Bankdakı vəsaitləri 10 - 50 milyon manat arasında, 4 bankda isə 1- 10 milyon manat arasındadır.
Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank" və "Turan Bank"dır.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© "Renkinq"
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
3 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 23 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.



















