"Azercell" Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzaladı
Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan Azercell Telekom MMC bu qəbildən növbəti təşəbbüsə qoşuldu.
Belə ki, Təhsil Nazirliyində Azercell Telekom MMC-nin də rəsmi tərəfdaşı olduğu SABAH Karyera Akademiyasının təqdimatı baş tutdu.
SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram çərçivəsində Təhsil Nazirliyi və Azercell istedadlı tələbələrin tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyini artırmaq, nəzəri və praktiki baxımdan hərtərəfli hazırlığa malik ali təhsilli gənclər yetişdirmək məqsədilə birgə fəaliyyət göstərirlər.
Təqdimat mərasimində çıxış edən Azercell Telekom MMC prezidenti Vahid Mürsəliyev bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanın təhsil sistemindəki yenilənməni, inkişaf tendensiyalarını davamlı olaraq izləyir: “Lakin biz müşahidəçi olmaqla kifayətlənməyib, öz yardımımızı, dəstəyimizi də əsirgəmirik. Azercell hər zaman təhsilə dəstək fəaliyyətini sosial məsuliyyət strategiyasının əsas sahəsi olaraq görüb. İstər paytaxtda, istərsə də regionlarda Azərbaycanın bir çox qabaqcıl universitetləri, məktəbləri ilə əməkdaşlıq edən şirkətimiz yüzlərlə tələbəyə iş imkanı yaradıb. Azercell 20 ildir ki, Azərbaycanın ən layiqli işəgötürəni siyahısında ön sıralardadır. Biz insana sərmayə ilə şirkətimizin, dövlətimizin inkişafına yatırım etmək yolunu seçmişik”.
V. Mürsəliyev qeyd edib ki, Azercell-in SABAH qrupu ilə əməkdaşlığa qərar verməsi təsadüfi deyil. Çünki bu layihə Azərbaycan təhsilinə yeni baxış, yeni yanaşma, yeni ruh gətirib: «Biz bunu dəyərləndirməyə bilməzdik və bu gün memorandum imzalamaqla bu əməkdaşlığı daha çox sistemləşdiririk. Təməlini qoyduğumuz əməkdaşlığın böyük uğurlara yol açacağına ümid edirəm».
Qeyd olunub ki, 17-20 fevral tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi təşkil olunacaq. Bu tədbirdə də Azercell Telekom MMC əməkdaşları tələbələrə gələcək karyeralarını qurmaqda faydalı ola biləcək sessiyalar təqdim edəcəklər.
Memoranduma əsasən, Azercell təcrübə proqramında SABAH tələbələri üçün hər il xüsusi yerlər ayıracaq. Bu il mərhələlərlə seçilən 10 nəfər tələbəyə 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı yaradılması nəzərdə tutulub. Bir sıra şöbələrdə təcrübə keçərək gənclər eyni zamanda telekommunikasiya sənayesi barədə
birbaşa mənbədən bilik qazanmaqla maraqlı və məsuliyyətli layihələrdə iştirak edə biləcəklər. Akademiya üzvlərinin Barama Sahibkarlıq və İnnovasiya mərkəzindən, xüsusi onlayn materiallar və testlərdən istifadəsinə şərait yaradılacaq.
İmza mərasimindən sonra Azercell təqaüdünə layiq görülmüş 9 tələbəyə sertifikat təqdim olundu. Həmçinin, Azercell şirkətinə tərəfdaşlıq sertifikatı da təqdim edildi.
Təqdimat mərasimində Təhsil Nazirliyi, SABAH qrupları layihəsi əməkdaşları, Akademiyanın rəsmi tərəfdaşlarının rəhbər əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə bundan əvvəl də əməkdaşlığı olub. Ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalar keçirilib.
SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016/2017-ci tədris ilində SABAH qruplarından 7 ali təhsil müəssisəsi, 45 ixtisas üzrə 748 tələbə məzun olacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)






.jpg)


.jpg)









