“Dünyanın ən gözəl avtomobili” Bakıda təqdim edildi

Fevralın 10-da “Aston Martin” markasının Azərbaycanda distribyutoru “Avtolux Azərbaycan” şirkəti Bakıda Üzeyir Hacıbəyov, 59 ünvanında yerləşən salonunda yeni “DB 11” modelinin təqdimatını keçirib.
SIFIRDAN İSTEHSAL EDİLMİŞ AVTOMOBİL
“Marja”nın məlumatına görə, avtomobilin üzərindən örtük götürülməmişdən öncə təşkil edilmiş mətbuat konfransında “Aston Martin” markasının satış üzrə regional meneceri Sidi Larbi Bensouda bildirdi ki, “Aston Martin” yeni bir əsrə qədəm qoymuşdur:
“Əvvəlki illərdə mühərriklərin və texnologiyaların yenilənməməsi səbəbindən bizə çoxlu tənqidlər gəlirdi. Yeni əsrdə “Aston Martin” yeni model avtomobillər istehsal etməyə başlayıb, həmin modellərdən ilki “DB 11” modelidir. Biz “DB 11” modelində texnologiyanı tamamilə yeniləmişik, o, sıfırdan istehsal edilmiş avtomobildir. Bu modelin ərsəyə gəlməsində Daimler AG və AMG şirkətlərindən dəstək almışıq. Bundan sonra “Aston Martin” modelləri tamamilə bir-birindən fərqli olacaqlar. Bundan əvvəlki modellər bir-birinə yaxın idi”.
ŞİRKƏTDƏKİ DƏYİŞİKLİKLƏRİN İLK “MEYVƏSİ”
Mətbuat konfransında brend meneceri Tural Xancığazov qısa olaraq brend haqqında məlumat verərək bildirdi ki, “Aston Martin” brendi 1913-cü ildə yaradılmışdır. “Aston Martin”, “Gran Turismo” (GT -Uzun məsafə sürüşləri üçün hazırlanmış yüksək performanslı avtomobil) seqmentində özünə ad qazanmış brenddir. Şirkət 2013-cü ildən yeni bir yüzilliyə qədəm qoyub:
“Şirkətin fəlsəfəsində, strategiyasında, rəhbərliyində dəyişiklik baş vermişdir. 2014-ci ildə yeni icraçı direktor təyin edilmişdir. Şirkətdəki dəyişikliklərin ilk “meyvəsi” DB11 modelidir. Bu avtomobil ilk dəfə 2016-cı ildə Cenevrə Avtomobil Sərgisində təqdim edilmişdir”.
ƏN BÖYÜK KAPOTA MALİK AVTOMOBİL
Tural Xancığazov qeyd etdi ki, “DB11” modeli avtomobil sektorunda ən böyük kapota malik avtomobildir: “Kapot tək parça alüminiumdan hazırlanıb. Bu gün avtomobillər arasında ən böyük kapot DB 11 modelindədir. Kapot balıqqulağından ilham alınaraq hazırlanmışdır. “Aston Martin” komandası avtomobilin dizaynı üzərində 9 ay işləmişdir. Nəticədə də, ortaya möhtəşəm kapot və gözəl avtomobil çıxmışdır”.
MÜHƏRRİK VƏ SÜRƏTLƏNMƏ
Tural Xancığazov əlavə etdi ki, avtomobilin faraları və ön işıqları “Aston Martin” klassikliyini saxlayır, eyni zamanda müasir texnologiyalara uyğunlaşdırılmışdır. Xətlərin axınında ahəng var, bir-birini tamamlayır.
Yeni modelin kapotunun altında “Aston Martin” tarixində yeni bir səhifə açan 12 silindirli, “Twin Turbo” 5,2 litr, 600 at gücündə mühərrik mövcuddur. Avtomobil 320 km/saat sürətə malikdir və 100 km/saat sürətinə cəmi 3,9 saniyəyə çata bilir.
Şirktin brend meneceri “Aston Martin” fəlsəfəsi haqqında məlumat verərək dedi:
“Aston Martin heç vaxt demir ki, “Mən dünyanın ən sürətli və ən aqressiv avtomobilini yaradıram”. “Aston Martin deyir ki, “mən dünyanın ən gözəl avtomobilini yaratmışam”. “Aston Martin” gözəlliyi sürət və performansa qurban vermir. “DB 11”də də məqsəd ən gözəl idman və ən gözəl GT avtomobili deyil, məhz ən gözəl avtomobil yaratmaq idi. İddia bu qədər böyük idi. İndi də nəticə göz qabağındadır. Bir çox nüfuzlu avtomobil jurnalları “DB 11”i “dünyanın ən gözəl avtomobili” adlandırıb.
Tural Xancığazov qeyd etdi ki, “Aston Martin” mühəndislik ilə incəsənəti qovuşdurur: “İncəsəsənət anlayışı DB 11-dəki hər bir detalda nəzərə çarpır. Çoxlarının fikir vermədiyi xırdalıqlara belə fikir verilib. Çünki “Aston Martin” müştəriləri xırdalıqlara fikir verirlər”.
AERODİNAMİKA MÖCÜZƏSİ
Tural Xancığazov vurğuladı ki, “DB 11” aerodinamika möcüzəsidir. Avtomobildə hava axınına qarşı mübarizə növbəti səviyyəyə qaldırılıb. Avtomobil aerodinamika baxımından ən ağıllı avtomobldir.
Tural Xancığazov sonda bildirdi ki, “DB 11” modelinin qiyməti komplektasiyadan asılı olaraq dəyişir. Avtomobilin baza komplektasiyası təxminən 290 min ABŞ dollarından başlayacaq.
Üzərindən örtük götürüldükdən sonra avomobilidəki yeniliklər, aerodinmaika, performans haqqında jurnalistlərə əyani məlumatlar verildi, avtomobilin mühərriki işə salınaraq yaranan səs nümayiş etdirildi.
10 AVTOMOBİL BRENDİNİ TƏMSİL EDİR
“Avtolux Azərbaycan” 2012-ci ildən fəaliyyət göstərir. “Avtolux Azərbaycan” “Ferrari”, “Aston Martin”, “Lamborgini”, “Ferrari Store” və “Collezione Lamborghini” markalarının, elə cə də FCA (Fiat Chrysler Automobiles) Group-un brendlərinin (“Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, “Alfa Romeo”, “Abarth”) Azərbaycanda rəsmi təmsilçisidir. “Avtolux Azərbaycan”ın 10 brendin avtomobillərinin satışını və servis xidmətini həyata keçirir.
Tel: (+994012) 404 83 95/96
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 saat sonra
-
11 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
44 d. əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
52 d. əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
1 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
