Bankda büdcə şöbəsinə rəis və baş mütəxəssis tələb olunur
AFB Bank Maliyyə departamentində büdcə şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Büdcə şöbəsinin rəisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Maliyyə və mühasibatlıq üzrə azı 3 il təcrübə;
• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri(Rus dili bilikləri üstünlük hesab olunur);
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Excel-dən təkmil istifadə bacarığı (proqramlama dillərində biliklər üstünlük hesab olunur);
• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA).
İŞİN TƏSVİRİ:
• Bankın strateji baxışı və missiya hesabatı, strateji hədəfləri, onlara əlavə və dəyişikliklər üzrə təkliflərin verilməsi;
• Alternativ strategiyalara keçid üzrə təkliflərin verilməsi;
• Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
• Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasının həyata keçirilməsi;
• Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması, qiymət siyasəti barədə təkliflərin hazırlanması;
• Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
• Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
• Proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilinin aparılması;
• Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Büdcə şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
AFB Bank Maliyyə departamentinin büdcə şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Büdcə şöbəsinin baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Maliyyə təhlili üzrə iş təcrübəsi;
• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Excel-dən təkmil istifadə bacarığı (proqramlama dillərində biliklər üstünlük hesab olunur)
• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA).
İŞİN TƏSVİRİ:
• Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
• Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması, habelə qiymət siyasəti barədə təkliflərin hazırlanması;
• Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
• Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
• Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın Maliyyə təhlilinin aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Büdcə şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
11 d. əvvəl
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
-
17 d. əvvəl
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
- 48 d. əvvəl
-
1 saat əvvəl
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
-
1 saat əvvəl
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
-
1 saat əvvəl
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
-
2 saat əvvəl
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır
























