Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rayon icra hakimiyyəti tikinti şirkəti axtarır - 48 MƏNZİLLİ BİNA TİKİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rayon icra hakimiyyəti tikinti şirkəti axtarır - 48 MƏNZİLLİ BİNA TİKİLƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şamaxı Rayon İcra Hakimiyyəti 2018-ci ildə Şamaxı şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satınalınması üçün açıq tender elan edib.
 

“Marja” xəbər verir ki, Tender 1 lot üzrə keçirilir:

Reklam_3_11



Şamaxı şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satınalınması.



Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.


Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şamaxı şəhəri, H.Əliyev küçəsi 27 nömrəli ünvanda Şamaxı Rayon İcra Hakimiyyətindən (əlaqələndirici şəxs:Gülnisə Ələkbərovadan , telefon: 02026-5-25-77) ala bilərlər.


İştirak haqqı 200 manatdır.


Təklif zərfləri 10 oktyabr 2018-ci il saat açılacaqdır.


İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 27-də “Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Şamaxı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

29.08.2018 09:20

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18