Buğdada böhran siqnalı!
Dünyanın ən böyük taxıl ixracatçılarının ehtiyatları "əriyir". Mütəxəssislər ən böyük səkkiz ixracatçının ehtiyatında dünyaya ən çox 26 gün çatacaq buğda qalacağı xəbərdarlığını edirlər.
İsti və quraq keçən yay aparıcı buğda istehsalçılarının ehtiyatlarının 2007/2008 səviyyələrinə düşməsinə səbəb olub. O dövrdə aşağı taxıl ehtiyatları Afrika və Asiyada ərzaq böhranına və genişmiqyaslı üsyanlara səbəb olmuşdu. Analitiklər qiymətlərin o dövrdəki qədər yüksək olmamasının rahatlatıcı bir faktor olmasına qarşı, ehtiyatların böhran siqnalı verməyə başladığını bildirirlər.
"Marja" xəbər verir ki, Beynəlxalq Taxıl Şurası (IGC) qlobal buğda istehsalının 2018/19 mövsümündə 42 milyon ton azalma ilə 716 milyon tona düşəcəyini nəzərdə tutur.
IGC-nin Avqust hesabatında, 2017/18 mövsümündə 758 milyon ton olaraq reallaşmış buğda istehsalının, 2018/19 mövsümündə, İyul hesabatındakı proqnozundan 5 milyon ton, əvvəlki mövsümdən 42 milyon ton azalma ilə 716 milyon ton səviyyəsinə düşməsinin gözlənildiyi qeyd olunub.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
İstehsal geriləyərkən, ehtiyatlar da düşür. ABŞ Kənd Təsərrüfatı Nazirliyinə (USDA) görə, 2018/2019 mövsümünə girərkən qlobal ehtiyatlar 273 milyon ton səviyyəsində olacaq. Amma USDA ehtiyatların təqribən yarısının Çində olmasının böyük bir sıxıntı yarada biləcəyi xəbərdarlığını edir. Çünki Çinin ehtiyatlarını bazara çıxaracağı gözlənilmir. USDA, dünyadakı taxılın 16%-ni istehlak edən Çin yeni mövsüm başlayarkən dünya ehtiyatının 46%-ni əlində saxlayır. Bu nisbətin, 2018/19 mövsümünün sonunda isə 50% aşacağı gözlənilir. Bu, Çinin ehtiyatının 5 il əvvələ müqayisədə 135 faiz artacağı mənasına gəlir.
Mütəxəssislər, mövsümün sonunda ən böyük 8 istehsalçının əlində dünya ehtiyatlarının yalnız 20%-nin, yəni dünyanın buğda tələbatını yalnız 26 gün qarşılayacaq ehtiyat qalacağını təxmin edir. 10 il əvvəl bu ölkələr cəmi ehtiyatın 30%-ni əlində saxlayırdı.
QİYMƏTLƏR 1 İLDƏ 25%-DƏN ÇOX ARTIB
Quraqlıq səbəbilə buğdanın qiyməti 3 ilin ən yüksək səviyyəsindədir. Çikaqo Ticarət Birjasında (CBOT) buğda qiymətləri dünən 1.6 faiz artaraq 5.31 dollar/buşel səviyyəsinə çıxıb. Qiymətlərdə son bir ildə artım 25%-i aşıb. Yenə də qiymətlərin 2007/2008 böhranında gördüyü 13.34 dollarlıq rekord səviyyədən aşağı olması, analitiklərə görə, böhranın təkrarlanmasınıi əngəlləyəcək. Həmçinin analitiklər, Şimali Afrika ölkələrinin ehtiyatlarının böhran dövründən daha yüksək olması səbəbindən daha yaxşı vəziyyətdə olduğunu deyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 15 d. əvvəl
-
24 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
27 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir























