Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Türkiyənin xarici ticarətində 80 milyard dollar kəsir olduğu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin xarici ticarətində 80 milyard dollar kəsir olduğu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin Ticarət Nazirliyi, rəsmi olmayan müvəqqəti xarici ticarət göstəricilərini açıqlayıb. "Marja" xəbər verir ki, 2018-ci ilin Avqust ayında ixrac, ötən ilin eyni ayı ilə müqayisədə 6,49 faiz azalaraq 12 milyard 389 milyon dollar təşkil edib.
 
İdxal isə Avqust ayında keçən ilin eyni ayı ilə müqayisədə 22,38 faiz azalaraq 14 milyard 875 milyon dollar təşkil edib. 


Xarici ticarət kəsiri (idxalın ixracı üstələməsi) Avqust ayında 57.95 faiz azalaraq 2 milyard 487 milyon dollar olub.


Nazirlikdən verilən məlumatlara görə, xarici ticarət dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 15,88 faiz azalaraq 27 milyard 264 milyon dollar təşkil edib. İxracın idxalı qarşılama nisbəti isə 83,3%-ə yüksəlib.

 

İxrac, cari ilin yanvar-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artaraq 162 milyard 417 milyon dollar, idxal isə 12,1% artaraq 242 milyard 725 milyon dollar olub (80 milyard 308 milyon dollar kəsir).

 

Xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8% artaraq 405 milyard 143 milyon dollar təşkil edib. 

01.09.2018 11:08
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18