Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Çin, İranın qaz layihəsində ən böyük paya malik oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin, İranın qaz layihəsində ən böyük paya malik oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Fransanın neft və qaz şirkəti Total ABŞ-ın yeni sanksiyalarını əsas göstərərək Fars Körfəzindəki Cənubi Pars Qaz Sahəsi layihəsindən çıxmışdı. 
 

"Marja" İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, layihədə 30% paya malik olan Çin Dövlət Neft Şirkəti (CNPC), Total-ın layihədəki 50%-lik payını satın alaraq 80%-lik paya malik olub.
 

Payın alınması ilə CNPC, 5 milyard dollarlıq layihədə ən böyük paya malik şirkət olub.
 

Trampın başçılıq etdiyi ABŞ hökuməti, İran ilə imzalanmış nüvə müqaviləsindən sonra təxirə salınmış sanksiyaları yenidən həyata keçirməyə başlamışdır.
 

İranın ABŞ dolları əldə etməsini, dövlət istiqrazı satmasını, qızıl və digər qiymətli metallar ilə bərabər polad, alüminium, kömür kimi metallarla ticarət etməsini, sərnişin təyyarələri və ehtiyat hissələrini idxal etməsini əngəlləyən sanksiya paketi 7 Avqust etibarilə rəsmən qüvvəyə minmişdi. Növbəti sanksiya paketinin noyabrda qüvvəyə minəcəyi gözlənilir.

05.09.2018 20:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18