Rumıniya şirkəti “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”na qoşulur
Rumıniyanın “Grampet Group” şirkəti “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”na (TBNM) qoşulur. Bu barədə şirkətdən məlumat verilib.
“TBNM-yə qoşulma Rumıniyanı Avropa və Asiya üçün logistika platformasına çevirə bilər. Bununla 100 minə yaxın yeni iş yeri yaradılacaq və dövlət büdcəsinə 1 mlrd. avrodan artıq vəsait daxil olacaq”, - məlumatda “Grampet Group”un prezidenti Qruya Stoykanın sözlərindən sitat gətirilir.
Məlumata görə, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”na qoşulma Rumıniya və qonşu dövlətlərə intermodal daşımaların inkişafına təkan verəcək.
“Grampet Group”un TBMN-yə qoşulması Çin-Avropa İttifaqı marşrutunun yaradılmasını başa çatdırır. “Grampet Group”a daxil olan dəmir yolu operatorları sayəsində bu dəhliz 5 Avropa ölkəsi - Rumıniya, Macarıstan, Bolqarıstan, Xorvatiya və Avstriyaya çıxış əldə edəcək”, - Rumıniyanın “Grup Feroviar Roman” ən iri özəl dəmir yolu operatorunun baş direktroru Sorin Çinde bəyan edib.
“Grampet Group” 20 min vaqon və 400 lokomotivdən ibarət parkın sahibi və idarəçisidir. Qrupa 16 şirkət daxildir.
TBNM Xəzər regionu dövlətlərinin tranzit potensialının artırılması və inkişafı məqsədilə təşəbbüs olunan layihədir. Bu marşrut Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanır. TBNM-nin iştirakçılarının birgə fəaliyyəti nəticəsində Nomad Express konteyner xidməti yaradılıb. Artıq Çindən Azərbaycan, Gürcüstan və Türkiyəyə pilot konteyner qatarları işləyir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























