"METAK"da yeni vakansiyalar

1. OFİS-MENECERİ
İşin təsviri:
- Daxil olan korrespondensiyanın qəbulu və qeydiyyatı;
- Kənar təşkilatlara göndərilən sənədləri tərtib etmək və hazırlamaq, cavab məktubları hazırlamaq və kuryer xidməti ilə göndərmək;
- Zəngləri qəbul etmək və onları yönləndirmək;
- Şirkət qonaqlarını qarşılamaq;
- Aviabiletlərin rezervasiyasını və alınmasını təmin etmək;
- Hava limanından xarici qonaqların qarşılamasını təşkil etmək;
- Qonaqların yerləşdirilməsini təşkil etmək (mehmanxanalarda nömrə sifarişi);
- İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək;
- Şirkətə aid bilgilərin, qeydiyyat sənədlərin və faylların məxfiliyini qorumaq;
- İşgüzar məktubları tərtib edilməsi bacarığı, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını bilmək.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Yaş həddi: 22 – 33 yaş;
- Dəqiq və sürətli işləmək bacarığı.
Əlavə şərtlər:
İş vaxtı: 5 gün, 09:00-18:00;
Nahar şirkət tərəfindən verilir.
Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=107 ünvanına öndərərək, 10.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
QEYD: Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.
2. KORPORATİV SATIŞ ÜZRƏ MENECER
İşin təsviri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək;
- Mövcud müştəri bazası ilə işləmək;
- Müştərilərlə kommersiya danışıqlarını aparmaq;
- Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər;
- Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt, internet və ya sərgilər vasitəsilə əlaqə saxlamaq;
- Satış xarakterli səfərlər marşrutlar seçmək, təbliğat xarakterli paketlər hazırlamaq və görüşlər təyin etmək;
- Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək;
- Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
- İnternet və şəxsi əlaqələr vasitəsilə bazarda rəqabət mühitini araşdırmaq;
- Ticarət sərgiləri, tenderlər, tədbirlər və nümayişlər zamanı şirkəti təmsil etmək.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan, ingilis və rus dillərini səlis bilməlidir;
- MS Office proqramları üzrə biliklər;
- Yaş həddi: 25 – 35 yaş;
- Export sahəsində 5 il təcrübə;
- Şəxsi müştəri bazası olmalı;
- Prezentasiyaların keçirilməsi, effektiv şifahi məlumat vermə və dinləmə bacarıqlarına malik olmalı.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=113 , 10.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
QEYD: Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.
3. ERP üzrə mütəxəssis
İşin təsviri:
- ERP proqramlarda işləmə, yazılım və dəstək;
- Program modullarının xidmət sahələrinə tətbiqi;
- Yaranan problemlərin tez bir zamanda həll olunması.
Namizədə tələblər:
- Yaş həddi: 25 - 35
- Ali təhsil;
- Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi (istehsalatda çalışmış şəxslərə üstünlük verilir);
- SQL, JavaScript, HTML5, CSS3, .NET bilikləri;
- ERP Database infrastruktur bilikləri;
- Rus və ingilis dillərini bilməli (texniki).
Ə/haqqı: danışıq əsasında
- İş vaxtı: 5 gün, 09:00-18:00;
- Nahar şirkət tərəfindən verilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraqhttps://www.metak.az/resume/resume.php?vid=103 08.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
QEYD: Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə dəvət olunacaqlar.
4. Avtobus sürücüsü
İşin təsviri:
- Təyin olunmuş marşrutla hərəkət etmək, nəzərdə tutulmuş hərəkət cədvəlinə riayət etmək, intervalı gözləmək, optimal hərəkət sürətini seçmək, işçilərlə mədəni rəftar etmək;
- Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
- Nahar şirkət tərəfindən verilir
- İş vaxtı: 6 gün
Tələblər:
- Sürücülük vəsiqəsi «BCD» kateqoriyalı
- 35-50 yaş
- Yaşayış yeri: Dərnəgül, Qaraçuxur, Hövsan, Xəzər, Əhmədli, Neftçilər əraziləri arzuolunandır
- Əmək stajı sürücü kimi 5 ildən artıq
- Fiziki sağlam
- Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı
Maraqlananlar saytda onlayn-anketi dolduraraqhttps://www.metak.az/resume/resume.php?vid=120 03.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
QEYD: Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
4 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
