Səfər Mehdiyev islahatlarını açıqladı - "5 Baş İdarə yaradılıb"
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev struktur islahatları üzrə görülən işlər barədə media nümayəndələrini məlumatlandırıb.
Səfər Mehdiyev qeyd edib ki, Komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin bazasında 5 Baş İdarə, Komitənin Aparatında yeni Baş İdarələr və İdarələr yaradılıb.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük İdarəsinin bazasında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb.
Qeyd olunub ki, Komitənin Aparatında struktur islahatları aparılmaqla, bir sıra idarələrin fəaliyyət istiqamətləri yeni çağırışlara uyğun müəyyənləşdirilib, müasir standartlara cavab verən baş idarələr yaradılıb.
O cümlədən Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi, Əməliyyat-İstintaq Baş İdarəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi, Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsi, Gömrük Sərhəd Buraxlış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi yaradılıb və bu qurumlar yeni əsasnamələrlə funksiya və vəzifələrinin icrasına başlayıblar.
Eyni zamanda, digər müstəqil idarələrin də strukturu dəyişdirilərək beynəlxalq standartlara cavab verən təşkilati struktura malik idarələr formalaşdırılıb.
Komitə sədri onu da vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin strukturlarının Avropa standartlarına uyğunlaşdırılması, şəxslərə yeni idarəetmə prinsipləri ilə gömrük xidmətinin göstərilməsi ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Aparılan genişmiqyaslı struktur islahatları, davamlı olaraq vəzifələrə daha bacarıqlı, mütərəqqi intellektə və biliyə malik peşəkar kadrların təyinatı idarəetmənin çevikliyini, eyni zamanda, hüquqi və fiziki şəxslərlə ünsiyyətdə gömrük xidmətinin operativliyini, bu xidmətdən yararlananların məmnunluğunu təmin edəcək.
Gömrük nəzarətinin təşkili sahəsində aparılan islahatlar barədə də məlumat verən Səfər Mehdiyev bu islahatların ilk növbədə biznes subyektlərinin, əsasən də kiçik və orta sahibkarlığın inkişafı üzrə bir sıra tədbirlərin görülməsini şərtləndirdiyini diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
13 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
13 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
14 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















