Daha savadlı olmağa hazırsınız? - Azərbaycan dilində 15 qısa məzmun
Dünyaca məhşur bir çox işgüzar kitabın Azərbaycan dilində olmadığını nəzərə alaraq Readit.az layihəsi oxuculara yeni kitabını təqdim edir.
“Daha ağıllı ol!” olaraq adlandırılan bu kitabda qısa məzmunlar dörd ümumi başlıqda təqdim olunur. Kitaba “Rework”, “Skrum”, “Mavi Okean Strategiyası”, “Drayv”, “Dahilər və digərləri”, “Razısalma Psixologiyası”, “Biznes Dünyasının Macəraları” və s. kimi faydalı və çox satılan kitabların qısa məzmunları daxildir. Qeyd edək ki, bu kitab Readit.az-ın ilk çap şəklində olan kitabıdır.
Kitab haqqında =>http://www.readit.az/book
Başlanğıcda sadəcə online şəkildə fəaliyyət göstərməyi hədəfləyən layihə, hal-hazırda çoxsaylı oxucu istəyini nəzərə alaraq, həmin qısa məzmunlardan 15-ni kitab şəkildə oxuculara çatdırmağı planlayır.
Qeyd edək ki, kitaba daxil olan 15 -qısa məzmunun demək olar ki, heç biri, bu günə qədər Azərbaycan dilinə tərcümə edilməyib. Qısa məzmunlar sahəsinin mütəxəssisi olan şəxslər tərəfindən hazırlanır. Kitaba daxil olan qısa məzmunlar isə 4 kateqoriyaya bölünüb: biznes dünyası, marketinq və satış, motivasiya və psixoloqiya, menecment və biznes strategiyaları. Bu qısa məzmunlar istənilən sahədən olan şəxslərin, yəni istər biznes mütəxəssislərinin, istər tələbələrin, istərsə də kifayət qədər fərqli sahələrdə işləyən şəxslərin asanlıqla anlayacağı dildə hazırlanıb.
Bu kitabı əldə edən oxucu 1 kitabın qiymətinə 15 kitabın qısa məzmunu oxumaq imkanı əldə edəcək, bununla da həm vaxtına, həm də büdcəsinə qənaət edəcək. Ən əsası oxucu ömürlük konspekt qazanacaq.
Oxucular artıq öncədən kitab sifarişini verə bilərlər.
Qeyd edək ki, kitab cəmi 1000 nüsxədə çap olunacaq və artıq öncədən sifariş qəbulu başlanıb, 10 gündən sonra isə çapdan çıxacaq və sifarişçilərə çatdırılacaq. Ona görə də, bu çox faydalı kitabı hamıdan əvvəl əldə etməyə tələsin. Bundan başqa, öncədən sifariş edənlərə www.readit.az saytına bir aylıq abunə hədiyyə olunacaq.
Sifariş => http://readit.az/book#sifaris
Readit.az haqqında:
2017-ci ildə aktiv fəaliyyətə başlayan Readit.az layihəsi bütün dövrlərin ən yaxşı və faydalı kitablarını qısa məzmunda əks etdirən online kitabxana olaraq qurulub. Həmin qısa məzmunlu mətnlər 8-15 səhifədən ibarət olmaqla, kitabın əsas və qiymətli ideyalarını əks etdirir. Layihənin məqsədi cəmiyyəti maarifləndirmək, həmçinin, onlarda oxumağa həvəs yaratmaqdır. Layihənin rəhbəri Elmir Kərimli öz fəaliyyətinin məqsədini belə izah edir:
“Dünyada hər il yüzlərlə faydalı kitab dərc olunur. Dəfələrlə olub ki, biz hər hansı bir kitabı oxumağa başlayıb, yarımçıq qoymuşuq. Bunun səbəbi adətən, ya vaxt azlığı, ya da kitabın darıxdırıcı olmasıdır. Bununla yanaşı, biz işgüzar kitabları əyləncə naminə oxumuruq. Biz onlardan bilik əldə etmək və peşəkar olmaq üçün istifadə edirik. Bir çox kitabların dilimizə tərcümə olunmaması da bizləri lazım olan dəstəyi və bilikləri əldə etməkdən məhrum edir. Buna görə də, müasir dövrdə belə bir layihənin mövcudluğu cəmiyyətimiz üçün həm vaxt, həm də məna baxımından vacibdir”.
Readit.az yeni kitabların oxucuların ürəyincə olacağına və cəmiyyətimizə öz faydasını verəcəyinə ümid edir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
4 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır





.jpg)
.jpg)









.jpg)




